Səyyar “ASAN xidmət” Tbilisidə Azərbaycan vətəndaşlarına xidmət göstərəcək

Babacan, Bağırbəyli, Bağçalı, Babacan toponimləri – Qərbi Azərbaycan Xronikası
Hulusi Akar: “İraqın şimalındakı antiterror əməliyyatının birinci hissəsi başa çatıb”
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Səyyar “ASAN xidmət” Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan vətəndaşlarına xidmət edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 5-7-də Azərbaycanın Gürcüstandakı səfirliyində vətəndaşlarımız üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi üzrə xidmətlər göstəriləcək.

Xidmətlərdən yararlanmaq üçün mütləq Elektron Növbə Portalından növbə götürmək lazımdır: appointment.mfa.gov.az/az

Portalda səfirliyi seçdikdən sonra müvafiq xidməti və tarixi (5, 6 və 7 iyun) qeyd etməyi unutmayın.

Ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4.

AZƏRTAC