Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək

Rəcəb Tayyib Ərdoğan: İnsanlıq tarixinin ən böyük zülmlərindən biri 26 il əvvəl Xocalıda yaşanıb
Dağlıq Qarabağ münaqişəsi nəticəsində daha 13 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyü aşkarlanıb
AVCİYA Qərbi Azərbaycan Araşdırmalarına əsaslanan genişmiqyaslı layihənin icrasına başlayıb

“Bakı Metropoliteni” QSC qeyri-iş günləri ilə əlaqədar olaraq iş rejimində dəyişiklik edəcək.

QSC-dən AZƏRTAC-a bildirilib ki, 9 May − Faşizm Üzərində Qələbə Günü və mayın 11-də “28 May-Əhmədli” və əksinə istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə təşkil edəcək.

Bənövşəyi xətdə, həmçinin “Cəfər Cabbarlı-Xətai” və “Həzi Aslanov-Əhmədli” mənzillərində mövcud hərəkət qrafiki olduğu kimi saxlanılacaq.

“Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 mayda şənbə, 10 mayda isə bazar gününün qrafiki üzrə tənzimlənəcək.

İş rejimində dəyişikliklə yanaşı, stansiyalarda ümumi nəzarət gücləndiriləcək, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

AZƏRTAC