İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a səfər edəcək.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Prezidentinin ofisindən bildirilib.
Məlumatda qeyd edilib ki, Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etmək məqsədilə sabah Nyu-Yorka yola düşəcək.
Məlumata görə, ABŞ hökuməti İran Prezidentinin media heyətinə viza verməyib.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi dünən axşam Nyu-Yorka yola düşüb.
APA