Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub

Mərkəzi Bank yenilənmiş 100 manatlıq əsginasları tədavülə buraxır
İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb
Baş nazir Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin komitə sədri ilə görüşüb

Böyük Qayıdış proqramı çərçivəsində Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.

“Report” xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bu mərhələdə 136 nəfərdən ibarət 35 ailə doğma torpaqlarına qayıdıb.

Köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim olunub. Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıdışı davam etdirilir.

Bu mərhələdə Xankəndi şəhərinə 3 ailə (13 nəfər), Xankəndinin Kərkicahan qəsəbəsinə 5 ailə (22 nəfər), Xocalının Təzəbinə kəndinə 7 ailə (31 nəfər), Xanyurdu kəndinə 5 ailə (22 nəfər), Xanabad kəndinə 2 ailə (10 nəfər), Ballıca kəndinə 1 ailə (4 nəfər), Ağdərənin Vəngli kəndinə 4 ailə (14 nəfər), Çapar kəndinə 4 ailə (11 nəfər), Aşağı Oratağ kəndinə 4 ailə (9 nəfər), Cəbrayılın Şükürbəyli kəndinə isə 24 ailə (148 nəfər) köçürülüb.

Report