COP31-də bu gün “Dayanıqlı şəhərlər və tikilmiş ətraf mühit” mövzusu müzakirə olunur

Aleksandr Lukaşenko: “ATƏT Dağlıq Qarabağ münaqişəsinə göz yummamalıdır”
“Kappelhaus”da qaçqınlara və miqrantlara həsr olunmuş sərgi açılıb
Gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər Azərbaycan Ordusunun üstünlüyü ilə davam edib

Antalyada dünyanın 196 ölkəsinin iqlim fəaliyyəti istiqamətində bir araya gəldiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) dördüncü günündə “Dayanıqlı şəhərlər və tikilmiş ətraf mühit” mövzusu ilə davam edir.

AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində ölkələrin nümayəndələri Mavi Zonada günün əsas mövzusu üzrə müzakirələr aparır. Yaşıl Zonada isə Türkiyənin dövlət qurumları, özəl sektor və iş dünyası bu sahədə həyata keçirilən nümunəvi layihələrini beynəlxalq ictimaiyyətə təqdim edir.

Liderlər Sammiti ilə əlaqədar bu gün yalnız Mavi Zonadakı müzakirə və tədbir məkanları xarici iştirakçılar üçün açıqdır. Noyabrın 13-dən etibarən hər iki zonada tematik günlər paralel şəkildə keçiriləcək.

COP31-in ilk günü “Ərzaq, kənd təsərrüfatı və səhiyyə” mövzusuna həsr olunub. Noyabrın 10-da “Enerji və nəqliyyat”, noyabrın 11-də isə “Sıfır tullantı” mövzuları üzrə tədbirlər təşkil edilib. Bu gün isə diqqət dayanıqlı şəhərlərin inkişafı və tikilmiş ətraf mühit məsələlərinə yönəlib.

Qarşıdakı bir həftə ərzində tədbir “Maliyyə və ticarət”, “Uşaqlar, gənclər, təhsil və bacarıqlar”, “Antalyada bir nəfəs”, “Sənaye, elm və texnologiya”, “Okeanlar, dənizlər, təbiət və torpaqdan istifadə – Rio sinerjisi”, “Humanitar və sosial inkişaf” və “Birgə fəaliyyət – icranın gücləndirilməsi” mövzuları ilə davam edəcək.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya