Azərbaycana Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Təhsil Laboratoriyası müzakirələrə başlayır

Prezident İlham Əliyev yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub 
Dünya peyvənd tətbiqi ilə pandemiyaya qarşı mübarizənin yeni mərhələsinə keçib
Vətəndaşlara psixoloji yardım göstərilməsinə başlanıldı

AVCİYA prezidenti Elxan Süleymanov saytımıza açıqlama verib.

Açıqlamada deyilir:

Azərbaycanın QHT sektorunda özünəməxsus yeri olan AVCİYA yarandığı gündən yüzlərlə yerli və beynəlxalq miqyaslı böyük layihələr gerçəkləşdirib və milli mənafeyimiz, dövlətçiliyimiz, təhsil və mədəniyyətimiz yolunda fəaliyyət göstərməkdədir.

         Assosiasiyanın nəşr etdiyi çoxsaylı kitablarda torpaqlarımızın işğaldan azad olunması, həmin bölgələrin tarixi, mədəniyyəti,  məcburi köçkünlərin problemləri və digər məsələlər təhlil edilib. Sadalanan məsələlər  200 adda nəşrdə və onlarla beynəlxalq tədbirlərdə öz ifadəsini tapıb.

AVCİYA-nın 30 illik fəaliyyətində milli təhsil sistemi ilə bağlı layihələr, o cümlədən şagirdlərin və tələbələrin fərdi təqaüdlərlə stimullaşdırılması, xarici ölkələrdə təhsil alan tələbələrə yardımlar, müxtəlif intellektual müsabiqələrin keçirilməsi və qaliblərin mükafatlandırılması və digər bu kimi mövzular əhəmiyyətli yer tutub və bu gün də tutmaqdadır.

         Təhsil sistemimiz bu gün də AVCİYA-nın mütəxəssislərinin diqqət mərkəzindədir və Assosiasiya bu sahədə yeni layihələr gerçəkləşdirmək niyyətindədir.

         Azərbaycan təhsili bu gün islahat yolundadır. Təhsilimiz tarixi ənənələrini qorumaqla müasir təhsil üsullarını tətbiq edir, innovativ təhsilə yiyələnir. Hazırda təhsil islahatları, təhsilin uğurlu ənənələrini qorumaqla yeni meyarlara uyğunlaşması, humanitar və dəqiq elmlərin tədrisinin optimal tənasübü, orta və ali təhsil arasında inteqrasiya ilə bağlı layihələr AVCİYA-nın mütəxəssislərinin diqqət mərkəzindədir və Assosiasiyamız bu sahədə yeni layihələr gerçəkləşdirmək niyyətindədir. Bu baxımdan təhsilimizdə izlənən müəyyən qüsurları da diqqətdə saxlayırıq.

         Təhsil sosial mühitlə sıx bağlıdır və vətəndaşların tələblərinə cavab verməlidir. Bu baxımdan təhsilin cəmiyyətlə bağlılığının artırılması, bu məqsədlə peşə təhsilinin inkişafı, məzunların ixtisası üzrə işlə təmin olunması vacib amillərdəndir.

         Ümidvarıq ki, respublikamızın görkəmli təhsil xadimləri ilə müştərək müzakirələrimiz milli təhsilimizin bu və digər məsələlərinin təhlilinə və problemlərin həllinə kömək edə bilər.

Mətbuat xidməti