Balakən və Zaqatalada “Azərbaycan tarixi”nin problemləri ilə bağlı seminarlar keçirilib

Biometrik göstəriciləri özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi Prezident İlham Əliyevə təqdim olunub
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir
Bakı və Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən ən böyük yarımstansiya yenidən qurulur

“İctimai Problemlərin Tədqiqi Assosiasiyası” (İPTA) Şamaxı, Mingəçevir, Gəncə şəhərlərindən sonra Balakən və Zaqatalada  “Ali məktəblərdə “Azərbaycan tarixi”nin tədris problemləri və onların aradan qaldırılması yolları” mövzusunda layihə çərçivəsində seminarlar keçirib. “İctimai Problemlərin Tədqiqi Assosiasiyası mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirlər Balakəndə tarixçi Akif Məmmədlinin təşkil etdiyi tarix – arxeoloji muzeydə, Zaqatalada isə AVCİYA-nın regional ofislərində baş tutub. Tədbirlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  dəstəyi ilə reallaşıb.

Təbirdən öncə seminar iştirakçılarına layihə çərçivəsində hazırlanmış “ Sovet tarixşünaslığının tənqidi təhlili” kitabları paylanıb. Daha sonra Assosiasiyanın sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı hər iki seminarda məruzələrlə  çıxış edib. O, “Azərbaycan tarixi”nin sovet dövründə saxtalaşdırılmasını, bu saxtakarlıqların hələ də dərslikdə təkrar olunmasına aid faktları qeyd edərək problemin həlli yollarını göstərib.

Hər iki tədbirdə iştirak edən tarixçilər, Müəllimlər İnstitutunun tarix fakültəsinin tələbələri çıxış edərək problemlə bağlı öz fikirlərini söyləyiblər. Keçirilən bu seminarlarla layihəyə yekun vurulub.