QDİƏT-in baş katibi: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə qovuşduran ən uğurlu layihədir

Təmas xəttində Azərbaycan hərbçisinin meyitinin aşkarlanması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edilib
Azərbaycan Prezidenti və NATO-nun baş katibi mətbuata bəyanatla çıxış ediblər
Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə qovuşduran ən uğurlu layihədir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Maykl Kristides deyib.

O bildirib ki, nəqliyyat və yol infrastruktur layihələrinin həyata keçirilməsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qarşısında duran əsas prioritetlərindəndir.

“Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılmasını Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əlaqələrin yeni müstəvidə qurulması üçün səmərəli fürsət kimi dəyərləndirirəm. Həqiqətən də Azərbaycan bu qlobal layihənin əsas təkanverici ölkəsi olaraq Avropa və Asiya qitələri arasında ən etibarlı nəqliyyat dəhlizinə çevrildi”,- deyə M.Kristides əlavə edib.

M.Kristides bildirib ki, Avropa və Asiya məhz QDİƏT-ə üzv olan dövlətlərin sərhədlərində birləşir, bu xüsusda Bakı-Tbilisi-Qars layihəsi qədim “İpək Yolu”nu bir-birinə sıx bağlayan tarixi nailiyyətdir. Əminəm ki, bu yoldan Qara dəniz ölkələri də yetərincə bəhrələnəcəklər.

Emil Hüseynli, AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev