AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI – #1251 (1994)1

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
Ermənistanın Azərbaycana təcavüzü: Qubadlı rayonunun işğal olunmasından 27 il keçir
Ombudsman Paşinyanın mina xəritəsi ilə bağlı çıxışına görə beynəlxalq təşkilatlara müraciət edib

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR TÖVSİYƏ 1251 (1994)1

1.Assambleya qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlamış və artıq təxminən 20 000 insanın ölməsi və bir milyondan artıq qaçqının olması ilə nəticələnmişdir.
2.Onun Avropanın qeyri-üzv ölkələri ilə əlaqələr üzrə Komitəsi 1992-ci ildən etibarən Ermənistan və Azərbaycanın Parlamentləri, “Dağlıq Qarabağın rəhbərliyi” və “Dağlıq Qarabağın maraqlı Azərbaycan tərəfi”nin nümayəndələrinin qatıldığı dinləmələr silsiləsini təşkil etmişdir.
3.Assambleya razılıqla qeyd edir ki, 1994-cü il mayın 12-də qüvvəyə minmiş atəşkəsə nisbətən yaxşı riayət olunmuşdur və ümid edir ki, o, mümkün qədər tezliklə bütün maraqlı tərəflərin imzaladığı sülh sazişi ilə nəticələnəcək
4.O, müharibə edən tərəflərin sülh sazişini imzalamağa həvəsləndirmək üçün ATƏM-in Minsk Qrupu, BMT Təhlükəsizlik Şurası, Rusiya Federasiyasının Hökuməti və MDB Parlamentlərarası Assambleyasının səylərini, həmçinin 26 iyul 1994-cü ildə Ermənistan və Azərbaycanın Müdafiə nazirləri və Dağlıq Qarabağ ordusunun komandiri tərəfindən imzalanmış, atəşkəsə riayət etmək öhdəliklərini və siyasi sazişin imzalanmasını sürətləndirmək səylərini təsdiq etdikləri sazişi alqışlayır.
5.Assambleya, beləliklə, tövsiyə edir ki, Nazirlər Komitəsi:
◦Avropa Şurasının üzv dövlətlərinin hökumətlərini ATƏM-in Minsk Qrupunun öz məqsədlərinə, xüsusilə müharibə zonasında beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə nail olması üçün lazımi vasitələri ona təqdim etməyə çağırsın;
◦Ermənistan və Azərbaycanın rəhbərliyi ilə siyasi dialoqu bərpa etsin;
◦şərtlər yerinə yetirilən kimi öz əməkdaşlıq proqramlarını Ermənistan və Azərbaycanın üzünə açsın və, əgər bu tərəflər istəsələr, Dağlıq Qarabağ üçün siyasi statusu müəyyən etməyə kömək edə biləcək ekspertləri onların öhdəliyinə təqdim etsin.
1 – Mətn Assambleyanın adından fəaliyyət göstərən Daimi Komitə tərəfindən 1994-cü ilin noyabrın 10-da qəbul edilmişdir.
Bax Sənəd 7182, Avropanın qeyri-üzv ölkələri ilə əlaqələr üzrə Komitənin məruzəsi, məruzəçilər: cənab Pfuhl və cənab Sole Tura