AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ

ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
TBMM sədri: “Ermənistanın işğalçı olduğu beynəlxalq hüquq və beynəlxalq təşkilatların təsbit etdiyi bir həqiqətdir”
Ali Baş Komandanın tapşırığı ilə cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ
DAĞLIQ QARABAĞA DAİR BƏYANNAMƏ

(Nazirlər Komitəsi tərəfindən 11 mart 1992-ci ildə Nazir müavinlərinin 471-ci iclasında qəbul edilmişdir)
Nazirlər Komitəsi, insanların fərq qoyulmadan qətlə yetirilməsi və zorakılıq aktları haqqında son məlumatlardan dərindən narahat olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində mülki əhaliyə qarşı zorakılıq və hücumları kəskin şəkildə pisləyir. O qeyd edir ki, məsələnin güc vasitəsilə həlli beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilə bilməz.
Nazirlər Komitəsi fevralın 28-də Praqada ATƏM iştirakçı dövlətlərinin dərhal və effektiv atəşkəs, regiona silahların daşınmasına embarqo qoyulması və humanitar yardımın göndərilməsi üçün təhlükəsiz dəhlizlərin yaradılmasına dair tövsiyələrini dəstəkləyir. O bir daha qeyd edir ki, Dağlıq Qarabağda böhranın istənilən həlli qanunun aliliyinə, demokratiya, insan hüquqları və azlıqların üzvlərinin hüquqlarına dair təminatlara və yalnız sülh yolu və ümumi razılıqla dəyişilə bilən bütün, istər daxili, istərsə də xarici sərhədlərin pozulmamağına hörmət edilməsinə əsaslanmalıdır.
Nazirlər Komitəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin mübahisəyə kömək etməsinə dair münaqişə tərəflərinin razılığını alqışlayır və ümid edir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər qeyri-hökumət təşkilatları bu mübahisənin qurbanlarına humanitar yardımın verilməsində aparıcı rol oynayacaqlar.
Nazirlər Komitəsi mübahisənin sülh yolu ilə həllinin əldə edilməsi üçün bütün vasitəçilik səylərini dəstəkləyir. Effektiv atəşkəsə nail olunduqda, mübahisə bütün maraqlı tərəflər, o cümlədən Dağlıq Qarabağın yerli idarəetmə orqanları və nümayəndələri arasında danışıq vasitəsilə həll edilməlidir. Danışıqlar ATƏM çərçivəsində qəbul olunmuş Helsinki Yekun Aktı və Paris Xartiyasının hərf və ruhuna, və xüsusilə mübahisələrin sülh yolu ilə tənzimlənməsi öhdəliyinə hörmət prinsipinə əsaslanmalıdır.