Azərbaycan prezidenti seçkisində seçicilərin fəallığı 20, 2 faiz təşkil edir – exit-poll

AVCİYA və “ELS” Azərbaycandakı prezident seçkisində birgə keçirdikləri “exit-poll”un yekun nəticələrini açıqlayıblar
Sual-cavab
AVCIYA Xaçmaz, Quba və Qusar müşahidəçiləri üçün seminarlar keçirdi

«Yerli AVCİYA Qeyri -Hökumət Təşkilatı (QHT) və ELS Müstəqil Araşdırmalar Mərkəzinin apardığı exit-poll-un yerli vaxtla saat 11:00 – a olan nəticələrinə görə, Azərbaycan prezidenti seçkisində seçicilərin fəallığı 20, 2 faiz təşkil edib», – deyə Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib.

«Exit-poll ölkənin bütün seçki dairələrini əhatə edən 800 seçki məntqəsində aparılır», – deyə Yaqubova bildirib.

Onun sözlərinə görə, 11:00 – dək hazırlanan informasiyaların 98 faizi alınıb.

Saat 13:00 – da seçki məntəqələrindən informasiya qəbulu üzrə ikinci mərhələ başlanıb.