Parlament seçkilərində 25 442 nəfər elektron səsvermədə iştirak edib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib
Ermənistan ordusu tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Seçki Qərargahı Press Reliz

“Parlament -2010” seçki monitorinqi koalisiyasının keçirdiyi elektron səsvermə başa çatıb. Koalisiyadan APA-ya verilən məlumata görə, saat 19.00-dək elektron səsvermədə ümumilikdə 25 442 nəfər iştirak edib. Qeyd edək ki, “Parlament -2010” seçki monitorinqi koalisiyası həm də seçki müşahidələri aparır. Koalisiyasından 3087 nəfər respublikanın 80 seçki dairəsində müşahidə həyata keçirir. Onlardan 2909 nəfəri seçki məntəqələri, 162 nəfəri seçki dairələri, 16 nəfəri respublika üzrə, 125 nəfər isə ehtiyat müşahidəçi qismində cəlb edilib. /APA/