“ELS”: Seçici fəallığı 46,7 faizə çatıb

“Azərbaycanda referendum zamanı səsvermə prosesi şəffaf olub, yaxşı təşkil edilib və dinc mühitdə keçib”
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun iclası keçirilib
Rusiya XİN: ATƏT-in seçki müşahidəçiliyində qayda-qanun yaratmağın vaxtı çatıb

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi saat 17:00-ə qədər olan seçici fəallığının səviyyəsini açıqlayıb. “ELS” Müstəqil Araşdırmalar Mərkəzindən verilən məlumata görə, seçici fəallığı 46,7 faiz olub. Xatırladaq ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi bu gün keçirilən parlament seçkilərində 180 Seçki Dairəsində 1180 məntəqədə “exit-poll” həyata keçirir. Tədqiqat prosesində 2360 nəfər intervüer, qərargahda isə 300-ə yaxın əməkdaş, eləcə də supervayzer fəaliyyət göstərir.