AVCIYA 13 rayonda seminar keçirdi

AVCİYA yeni layihəyə start verdi
Problemli sistemə siyasi dəstək
“Göyçay tarixi” kitabının təqdimat mərasimi keçirilib

AVCİYA Seçki Qərargahı Milli Məclisə seçkilərlə əlaqədar fəaliyyət proqramda nəzərdə tutulan 3 mərhələyə uyğun olaraq regionlarda bir neçə istiqamətdə işlər görür. Bölgələr üzrə müşahidəçilərin seçilməsi, onların qeydiyyatdan keçirilməsi artıq başa çatmaq üzrədir. Bununla yanaşı regionlarda müşahidəçilər seminarlar keçirilir. Sentyabr ayının 28 – dən oktyabrın 4 – nə qədər 13 rayonda, konkret olaraq Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Gəncə, Göygöl, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı rayonlarında seminarlar artiq yekunlaşıb.
Seçki Qərargahının əməkdaşlarından ibarət 2 qrup treninqlərə nəzarət ediblər. Oktyabrın 8 – dən başlayaraq daha 5 reğionun 22 rayonunda seminarlar təşkil olunacaq. Oktyabrın 5 – dən başlayaraq AVCİYA Seşki Qərargahının ofisində Bakı, Sumqayıt və Abşeron ərazilərində seçkilərin monitorinqində iştirak edəcək müşahidəçilərə təlimlər keçilməsinə başlanılıb. Oktyabrın axırına kimi bütün bölgələrdə treniqlərin başa çatdırılması planlaşdırılır.

AVCİYA-nın Mətbuat Xidməti