AVCİYA seçkilərə kömək məqsədilə maarifçi təbliğatı davam etdirir

AVCİYA nümayəndəsi Zaqatalada Böyük Britaniya diplomatı ilə görüşdü
“İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı 4 dildə işıq üzü görüb
AVCİYA yeniyetmələrə siqaret satılması haqqında monitorinqin nəticələrini açıqladı

Seçkilərin müşahidəsi sahəsində beynəlxalq təcrübə göstərir ki, bu missiyanın məqsədi seçki saxtakarlığının qarşısını almaqdır. Seçkilərin monitorinqi əksər ölkələrdə beynəlxalq və yerli müşahidəçilər tərəfindən aparılır. Seçki prosesi zamanı etimal olunan saxtakarlıqların qarsını almaq üçün vətəndaşların maarifləndirilməsinə daim ehtiyac var. Bu məqsədlə seçki saxtakarlığı ilə bağlı bəzi fikirlərimizi oxucularla bölüşməyi lazım bilirik. Beynəlxalq təcrübə sübut edir ki, saxtakarlıqlar seçki kampaniyasının aşağıdakı mərhələlərində baş verə bilər:
1.Seçki bülletenlərinin məntəqələrə paylanması mərhələsi. Bu mərhələdə seçki bülletenləri məntəqələrə nəzərdə tutulduğundan daha artıq sayda verilə, qeydə alınmaya bilər. Artıq bülletenlər seçki prosesində hər hansı namizədin xeyrinə istifadə oluna bilər. Buna görə də müşahidəçilər seçki başlamamışdan əvvəl bülletenlərin sayılması prosesində iştirak edib, məntəqə komissiyasına daxil olan bülletenlərin dəqiq sayını bilməli və bunu seçki qutardıqdan sonra qutudan çıxan bülletenlərin sayı ilə müqaisə etməlidir.
2.Seçki məntəqələrinin və seçki qutularının səsverməyə hazırlanması mərhələsi. Bu mərhələdə saxta bülletenlər ya seçki başlamamışdan müşahidəçilərə müəyyən təzyiq göstərməklə qutulara qabaqcadan doldurula, ya əvvəldən təşkil olunmuş insanlar vasitəsilə seçki qutusuna salına, ya da səsvermə prosesi başa çatdıqdan sonra seçki komissiyalarında olan bəzi nümayəndələr tərəfindən səsvermə qutusundan çıxarılmış bülletenlərə müxtəlif üsullarla qarışdırıla bilər. Bu mərhələdə həmçinin sonradan əsas səsvermə qutusu ilə dəyişdirmək üçün saxta bülletenlərlə doldurulmuş ehtiyat səsvermə qutusu və ya səyyar səsvermə qutusu da hazırlana bilər.
3.Səsvermənin gedişi mərhələsi. Bu mərhələdə saxtalaşdırma hallarının aşağıdakı üsullardan istifadə etməklə həyata keçirilməsi etimalı ola bilər:
• saxtalaşma prosesində iştirak etmək üçün qabaqcadan ələ alınmış insanlar tərəfindən hazır bülletenlərin qutulara salınması yolu ilə;
• seçki məntəqələrinə gəlmək imkanı olmayan seçicilərin evlərinə səyyar qutuların aparılması və həmin şəxslərin səsverməsi zamanı. Çox zaman seçki komissiyasının bəzi üzvləri seçki məntəqələrinə gəlmək imkanı olmayan seçicilərin adından çoxlu sayda saxta ərizələr yazır və bundan saxtakarlığın həyata keçirilməsində istifadə edirlər. Bunun qarşısını almaq üçün müşahidəçilər həmin ərizələrin sayını dəqiq bilməli və ərizələrin kim tərəfindən yazıldığını dəqiqləşdirməlidirlər.
• Qabaqcadan təşkil olunmuş bəzi seçicilərə ailə üzvlərinin əvəzinə səs verməsinə şərait yaradılması yolu ilə. Bu cür şəxslər bəzən ailə üzvləri adı altında əsasən başqa şəxslərin yerinə səs verməklə saxtakarlıq prosesində iştirak etməyə cəhdlər də edə bilərlər.
• Müxtəlif namizədləri təmsil edən komissiya üzvlərinin qarşılıqlı razılaşması yolu ilə namizədlər üçün bərabər sayda bülletenlərin qutulara doldurulması yolu ilə.
4. Seçki bülletenlərinin qutulardan boşaldılması və yekun protokolun tərtibi mərhələsi. Bu mərhələ zamanı saxtalaşdırma əsasən aşağıdakı üsullarla həyata keçirilə bilər:
• Bülletenlər qutulardan boşaldırılarkən saxtakarlığı həyata keçiriən komissiya üzvləri süni surətdə gərginlik, mübahisə yaradaraq, qarışıqlıqdan istifadə edib hazır bülletenləri qutulardan çıxan bülletenlərlə qarışdırmaq yolu ilə hər hansı bir namizədin xeyrinə saxtakarlıq edə bilərlər;
• Seçki bülletenləri sayılarkən müşahidəçiləri məntəqədən pols gücünə çıxarmaqla saxtakarlığın həyata keçirilməsi. Seçki saxtakarlığını həyata keçirmək üçün bu üsul demək olar ki, ən kobud üsul hesab olunur;
• Seçki bülletenləri sayılarkən işıqların bilərəkdən söndürülməsi yolu ilə saxtakarlığa şərait yaradılması. Bunun qarşısını almaq üçün komissiya üzvləri və müşahidəçilərin özləri ilə əl fonarı və şam götürmələri məsləhət görülür;
• Bülletenlər qruplaşdırılarkən bilərəkdən əks tərəfə aid namizədə veilmiş səslərin başqasının xeyrinə hesablanması və ya bülletenlərə əlavə işarələr qoymaqla həmin bülletenlərin etibarsız hesab olunması yolu ilə rəqibin səslərinin azaldılması həyata keçirilə bilər;
• Əsl protokoldan fərqli protokollar tərtib etmək yolu ilə. Buna imkan verməmək üçün müşahidəçilər seçkinin sonunda yekun protokolun surətini komissiyadan mütləq tələb etməlidirlər;

ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun O.P.Kudinovun müəllifliyi ilə rus dilində nəşr etdiyi «Seçki kampaniyasının hazırlanması və keçirilməsi» adlı kitabda seçki məntəqələrində tez-tez rast gəlinən qanun pozuntuları haqqında məlumat vermişdir ki, bunlar da aşağıdakılardır:
– Qeyri-qanuni kömək;
– Özgə sənədi ilə səs vermək;
– Qeyri-qanuni təbliğat;
– Səslərin hesablanması zamanı əyintilər;
– Seçkilərdə qeyri-qanuni iştirak;
– Ələ alma;
– Qorxutmaq;

Yekun olaraq onu da qeyd etmək istəyirik ki, seçki prosesində hər hansı qanun pozuntusunun qarşısını almaq üçün yuxarıda göstərilən tövsiyyələrlə yanaşı vətəndaşların “Seçki Məcəlləsi”ni dərindən bilməsinə və seçki proseslərində fəal olmasına da ehtiyac var. Bunlara əməl olunarsa ədalətli və şəffaf seçkilər üçün münbit şərait yaranar.

(Davamı var)