Gürcüstanın MSK Sədri AVCİYA –ya təşəkkür məktubu göndərib

Horadiz əməliyyatı Azərbaycan tarixinin şanlı səhifələrindəndir
Nazir BMT-də gənclərin məşğulluğu ilə bağlı təkliflə çıxış etdi
Davos Forumu: Azərbaycanın fəal iştirakı və keçirilən görüşlər

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) parlament seçkiləri ərəfəsi beynəlxalq əlaqələri daha da genişləndirir. Son vaxtlar belə əməkdaşlıq 30 ölkəni və 12 beynəlxalq təşkilatı özündə birləşdirən Avropa Ölkələrində Seçkilərin Təşkilatçıları Assosiasiyası (ACEEEO) ilə yaranıb.
Bu gün Gürcüstan Respublikası Mərkəzi Seçki Komissiyasının Sədri Zurab Xarataşvili AVCİYA Seçki Qərargahını rəhbəri Məhərrəm Zülfüqarlıya məktub göndərərək Gürcüstan Seçki İnistitutları ilə səmərəli əməkdaşlığa görə assosiasiya rəhbərliyinə öz təşəkkürünü bildirib.Məktubda Gürcüstanın MSK Sədri gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsi, demokratik və şəfaf seçkilərə dəstək sahəsində birgə səylərin artırılmasının vacib olduğunu vurğulayıb.

AVCİYA Mətbuat Xidməti