23 dekabr 2009-cu il tarixdə keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı BƏYANAT

AVCİYA Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Aralıq hesabatı təqdim etdi
Azərbaycan prezidenti seçkisində seçicilərin fəallığı 20, 2 faiz təşkil edir – exit-poll
AVCİYA vətənpərvərlər şəbəkəsi yaradır

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikasında 23 dekabr 2009-cu il tarixdə keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı

BƏYANATI

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) seçki ərəfəsi beynəlxalq təşkilatlarla sıx əlaqələr yaradaraq bələdiyyə seçkilərini ölkə üzrə 49 dairə üzrə 1600 məntəqədə müşahidəsini təşkil edib. AVCİYA həmçinin “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ilə birlikdə 8 bələdiyyə ərazisini əhatə edən 17 DSK-nın 222 məntəqəsində “exit- poll” tədqiqatını da həyata keçirib.
Assosiasiya 2009 – cu ilin may ayından başlayaraq Seçki qanunvericiliyinin təkmilləşdirilməsi üçün öz təkliflərini hazırlayıb. Təşkilatın mütəxəssisləri “Seçki Məcəlləsi”nin eksperizasını keçirərək Avropa Şurası Parlament Assambleyasının 2008 – ci il yay sessiyasında müzakirə olunmuş “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatın 11627 saylı qətnaməsində irəli sürülən 4 tövsiyyəyə uyğun olaraq may, iyun və oktyabr aylarında 3 sənəd hazırlayaraq ictimaiyyətə təqdim edib.
Assosiasiya oktyabr ayının 8 – dən başlayaraq bələdiyyə seçkiləri ərəfəsi dövrün monitirinqi həyata keçirib və nəticələrlə bağlı Aralıq Hesabat tərtib edərək 18 dekabr 2009 – cu il tarixdə keçirlmiş mətbuat konfransında ictimaiyyətə təqdim edib. AVCİYA Seçki Qərargahı Aralıq hesabat və kitabın elektron variantı www.avciya.az saytına yerləşdirilib.
AVCİYA seçkilərin şəfaf keçirilməsinə yardım etmək məqsədilə 2004 – cü ildən bu günə kimi bir sira metodik vəsait və 11 kitabça nəşr etdirib. Bu il isə “ 2009 – cu il bələdiyyə seçkilərinin monitorinqi. Yaddaş kitabı” kitabı nəşr olunaraq müşahidəçilərə təqdim olunub. Assosiasiyanın hazırladığı sənədlər, hesabatlar və kitabların elektron variantları www.avciya.az saytında yerləşdirilib.
Seçki günü 5 dəfə (saat 11.00;13.00; 16.00; 17.30; 19.00) məntəqələrdəki səsvermənin vəziyyəti, müşahidə olunan qanun pozuntuları, kənar müdaxilələr, seçici fəallığının vəziyyəti və s. barədə məlumatlar AVCİYA Seçki Qərargahıda fəaliyyət göstərən operatorlar tərəfindən toplanaraq kompüterə yerləşdirilib. Assosiasiya 24 dekabr 2009 – cu il tarixdə ilkin rəyi, yekun hesabat isə 8 yanvar 2010 – cu il tarixinə kimi ictimaiyyətə təqdim edəcək.
AVCİYA – nın bələdiyyə seçkilərindəki müşahidəsinin nəticələri deməyə əsas verirr ki, 49 DSK üzrə 1600 məntəqədə seçiçi fəalliğı 32,6 % təşkil etmişdir.
AVCİYA – nın “ELS” müstəqil araşdırmalar mərkəzi ilə birgə 8 bələdiyyə ərazisinin əhatə edən 17 DSK-nın 222 məntəqəsində keçirmiş exit pull  tədqiqatlarının nəticələri əsasən seçiçi fəallığı aşağıdakı kimi olmuşdur: Nərimanov bələdiyyəsi üzrə 28,3 %, Nəsimi bələdiyyəsi üzrə 26,4%, Səbail bələdiyyəsi üzrə 31,3%, Xətai bələdiyyəsi üzrə 28,3 %, Xırdalan bələdiyyəsi üzrə 38%, Xaçmaz bələdiyyəsi üzrə 27,1%, Şirvan bələdiyyəsi üzrə 37,8 %, Gəncə şəhəri Nizami bələdiyyəsi üzrə 26,1% təşkil etmişdir.
Yekun rəyin azərbaycan və ingilis dillərində kitab şəkilində nəşri də planlaşdırılır.
Seçki günü ölkə üzrə bir sıra məntəqələrdə bəzi qanun pozğuntuları, məmurlar tərəfində müdaxilə hallarına aid faktlar qeydə alınmış və bu faktlar toplanaraq araşdırılmaq üçün aidiyyatı qurumlara göndərilmişdir.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycan Respublikasında 23 dekabr 2009-cu il tarixdə keçirilmiş bələdiyyə seçkilərini baş tutmuş hesab edir və Azərbaycan Respublikasının Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq şəffaf və ədalətli keçdiyini vurğulayır. AVCİYA bələdiyyə seçkilərinin nəticələrini yerli özünüidarə institutu və vətəndaş cəmiyyətinin inkişafı sahəsində mühüm mərəhələ olduğunu bəyan edir.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri

Məhərrəm Zülfüqarlı