Şamaxıda M.Ə.Sabir yaradıcılığına həsr olunmuş VII bədii qiraət müsabiqəsinə start verilib

“Təhsil kreditləri haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunub
Azərbaycan Respublikasında 23 dekabr 2009 – cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərinin Uzunmüddətli Müşahidəsinin nəticələrinə dair ARALIQ HESABAT
AVCİYA-nın layihəsi çərçivəsində BSU-da növbəti debat keçirilib

  

Aprelin 25-də Şamaxıda artıq yeddinci ildir Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə keçirilən M.Ə.Sabir Bədii qiraət müsabiqəsinə hazırlıqla bağlı görüş keçirilib. Görüşdə Şamaxı rayonundakı ümumtəhsil məktəblərinin, eləcə də Şamaxı regional Humanitar kolleci və ADPU-nun Şamaxı filialının ədəbiyyat müəllimləri iştirak edib. Görüşdə çıxış edən rayon təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev, İsmayıllı regional mədənəniyyət və turizm idarəsinin baş məsləhətçisi Rəfael Tağızadə və Sabir ev muzeyinin direktoru Rəqsanə Xəlilova müsabiqəyə hazırlıqla bağlı müəllimlərə təvsiyələrini çatdırıblar. Şamaxının millət vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi pedoqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev müsabiqənin şərtləri ilə görüş iştiraçılarını tanış edib və bildirib ki, VII müsabiqə M.Ə.Sabirin anadan olmasının 155 illiyinə həsr olunur.