“Daha gözəl Azərbaycan naminə: Azərbaycançılıq və Heydər Əliyev irsi” mövzusunda seminarlar keçiriləcək

AVCİYA parlament seçkiləri ilə bağli fəaliyyət planinin ikinci mərhələsinin yekunlarini açiqlamişdir
AVCİYA Xocalı faciəsinin ildönümü münasibətilə dəyirmi masa keçirdi
Mayın 25-də Şamaxıda M.Ə.Sabir günlərinə həsr olunmuş tədbir keçirilmişdir

Söz Azadlığını Müdafiə Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Daha gözəl Azərbaycan naminə: Azərbaycançılıq və Heydər Əliyev irsi” mövzusunda məktəblilər arasında tədbirlərin təşkili layihəsinin icrasına başlamışdır.
Layihə ümümmilli lider Heydər Əliyevin bizə ərmağan etdiyi azərbaycançılıq ideyasının gənc nəslə aşılanması, onların azərbaycançılıq ruhunda, milli-mənəvi dəyərlərə sadiq, multikulturalizm dəyərlərinə hörmət və ehtiram, qarşılıqlı şəfqət, xeyirxahlıq, anlaşma və dilaoq hissi ilə yetişdiriliməsini qarşıya məqsəd qoymuşdur.
Layihə çərçivəsində Bakı şəhərində və Quba, Qusar, Xaçmaz, Masallı, Lənkəran, Astara rayonlarınında yerləşən məktəblərin 6-9-cu sinif şagirdləri üçün seminarların keçirilməsi nəzərdə tutulmuşdur. Layihə gənc nəslin birgə-yaşayış qaydaları, multikulturalizm və daha gözəl Azərbaycan naminə yetişdirilməsində müsbət rol oynayacdır.