Rusiya Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllində maraqlı deyil – Rusiyanın Milli Strategiya İnstitutunun prezidenti

Prezident İlham Əliyev: ““Nabucco” layihəsi ilə bağlı Rusiya tərəfdən Azərbaycana heç bir təzyiq olmayıb”
Nuşirəvan Məhərrəmli: “ABŞ-ın təkliflərini baxılmaq üçün daha yuxarı instansiyaya göndərmişik”
Amerika, Rusiya və dünya: 2009-cu ilin sərt reallığı

Rusiyanın Milli Strategiya İnstitutunun prezidenti Mixail Remizov, xüsusi olaraq Trend üçün
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində motivləri aydındır. Gürcüstanla keçmiş muxtariyyətləri arasında olan münaqişə kimi, Moskvaya aid olmasa da, o, Kreml üçün böyük əhəmiyyət kəsb edir, çünki bu münaqişə onun regiondakı geosiyasi imkanlarını məhdudlaşdırır, həm də həssas zona yaradır.

Ermənistan Kollektiv Təhlükəsizliyə dair Müqavilə Təşkilatı (KTMT) üzrə Rusiyanın müttəfiqidir. Əgər ciddi hərbi əməliyyatlar başlanarsa və Rusiya, müttəfiqinə özünü təhlükəsizliyin zamini kimi göstərməyib, yardımdan imtina etməyə formal bəhanə taparsa, bu KTMT-nin imicinə güclü zərbə vurar və Rusiya ilə müttəfiqlik məntqini şübhə altına qoyar. Digər tərəfdən, Azərbaycan Rusiya üçün tərəfdaş kimi olduqca mühümdür. Və Qarabağ məsələsinə görə, Bakı ilə münasibətləri korlayacaq motivlər, sadəcə, yoxdur.

Buna görə də, Rusiya münaqişənin hərbi yolla həllində maraqlı deyil. İndi vəziyyət buna yaxındır. Azərbaycanın səbr kasası dolub, problemin həllinə dair çağırışlar daha çox səsləndrilir.

Digər regional oyunçular münaqişənin gərginləşməyində maraqlı ola bilərlər. Rusiyanın real məqsədi isə, buna yol verməməkdir. Bu, münaqişənin həll edilməsi demək deyil. Mən bu qəbildən olan ərazi münaqişələrinin hər iki tərəfi qarşılıqlı surətdə razı salacağına inanmıram.

Buna baxmayaraq, müəyyən siyasi praqmatizm Azərbaycanı da, Ermənistanı da müəyyən dərəcədə təmkinli olmağa vadar edə bilər. Qarabağ amili hər iki ölkə üçün dünya siyasətində ballastdır. Dinamik inkişaf edən regional güc və güclü potensiala malik olan Azərbaycan üçün gücünü dalana dirənmiş hərbi münaqişəyə xərcləməyin mənası yoxdur. Azərbaycanın iqtisadi və hərbi potensialı güclü olsa da, dünyada ermənilərin sayının çox olması və onların psixoloji hazırlığını, erməni diasporunun imkanlarını nəzərə alsaq, Dağlıq Qarabağ güclü səfərbərlik potensialına malikdir.

Ermənistan coğrafi təcrid vəziyyətində deyil, xüsusilə Rusiya – Gürcüstan münaqişəsindən sonra. Ermənistan və Türkiyənin münasibətləri də Dağlıq Qarabağ prolbleminə sıx bağlıdır və Ankara ilə münasibətləri bərpa etmək üçün Yerevan bu problemi həll etməlidir. Bu, hər iki tərəf üçün faydalı olardı. Lakin çətin ki, kimsə digərinin görüşünə getməyə hazır olsun. Bunun üçün status-kvonu saxlamaq və müharibənin növbəti mərhələsinə yol verməmək yaxşı olardı.

Dnestryanı münaqişə üzrə təcrübə göstərdi ki, Rusiyaya sülhməramlı qrupun formatını əvəz etmək müvəffəq olmur. O zaman Aİ və ABŞ -ı mötərizədən çıxarmaq Moskvaya nəsib olmamışdı. Çünki ABŞ Ermənistan və Azərbaycan üçün bərabər dərəcədə mühüm oyunçudur. İndi söhbət ABŞ -ı sülhməramlı prosesdən çıxarmağa səy göstərməkdən deyil, regionda münaqişənin donunun mümkün qədər açılmasına cəhddən gedir. Zənnimcə, regiondan kənar oyunçu kimi, Amerika münaqişənin həlli üzrə istənilən nəticənin nə dərəcədə məqbul olduğunu özü üçün nəzərdən keçirir. İstənilən halda bu, Azərbaycan və Ermənistanın zəif nöqtələrinin artmasına və regionda Amerikanın şəxsi maraqlarının möhkəmlənməsinə gətirib çıxaracaq. /Trend/