Şamaxıda Mirzə Ələkbər Sabir günlərinə həsr olunmuş tədbir keçirilib

Elxan Süleymanov konqresmen Adam Şiffə məktub göndərib
AVCİYA Obama administrasiyasına ünvanlanan petisiya layihəsinə 327 min səs topladı
Azərbaycan və Rusiyanın yerli özünüidarəetmə üzrə dərgiləri arasında əməkdaşlıq sazişi bağlanıb

Şamaxıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. AVCİYA-dan APA-ya verilən məlumata görə, tədbiri SAMF sədri Musa Yaqub açaraq Mirzə Ələkbər Sabirin Azərbaycan ədəbiyyatında tutduğu yerdən danışıb. M. Yaqub AVCİYA və SAMF-nin gördüyü işlər haqqında məlumat verib. M. Yaqub AVCİYA rəhbəri, Şamaxıdan seçilmiş millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Əfzələddin Xaqaninin Məlhəm kəndindəki abidəsinin və M. Ə. Sabirin müəllimi Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin bərpa edildiyini, Şamaxı Humanitar kollecin və Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının tələbələrinə Xaqani və Şirvani adına təqaüdlərin təsis edildiyini bildirib. SAMF sədri bildirib ki, hər iki təşkilatın təşkilatçılığı ilə Şamaxıda M.Ə Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqə mayın 24-də sona çatıb. Müsabiqədə Şamaxı rayonunda təhsil alan şagird və tələbələr iştirak edərək bacarıqlarını nümayiş etdiriblər. M. Yaqub Sabir yaradıcılığına böyük qiymət verərək belə müsabiqələrin ənənəvi olaraq keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.
Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Əşrəf Şükürov tədbirin Şamaxı rayonunun ictimai həyatında xüsusi əhəmiyyətə malik olduğunu, şagird və tələbələrə yeni stimul verdiyini qeyd edib. Şamaxı rayon ziyalısı, filologiya elmləri namizədi Eyvaz Eminalıyev də bu müsabiqənin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Yazıçılar Birliyinin təmsilçisi Ədalət Əsgəroğlu tədbirin təşkilatçılarına Yazıçılar Birliyinin sədri Anarın təbriklərini çatdıraraq, bu xeyirxah missiyanın davamlı olmasını arzulayıb. M. Ə. Sabir nəslinin nümayəndəsi şair Musa Ələkbərli çıxışında, Sabir irsinə olan hörmət və qayğıya görə tədbirin təşkilatçılarına minnətdarlıq edib.
Münsiflər heyətinin sədri, xalq artisti Tofiq İsmayılov müsabiqənin təşkili və münsiflər heyətinin fəaliyyəti haqqında məlumat verərək qeyd edib ki, müsabiqədə Şamaxı rayonunun təhsil müəssisələrinin şagird və tələbələri iştirak ediblər, 10 nəfər qalib adını qazanıb. Əməkdar artist Ağalar Bayramov da M.Ə.Sabir yaradıcılığından danışıb. Yekun sözü ilə AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanov çıxış edib.
E. Süleymanov Sabir şəxsiyyəti, yaradıcılığı, onun Azərbaycan xalqının maariflənməsi istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verib. AVCİYA prezidenti müsabiqə qaliblərinə uğurlar arzulayıb, onlara pul mükafatı, kitablar və diplomlar təqdim edib. Bununla yanaşı, 10 nəfər qalibin hər birinə bir il ərzində, M.Ə. Sabirin 150 illik yubileyinədək 50 manat olmaqla təqaüd alacağını bildirib. /APA/