SAMF bələdiyyə fəaliyyətinə həsr olunan KİV-lərin monitorinqini aparıb

Azərbaycan Prezidenti İlham Əliyev Fransa nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev: TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür
Azərbaycan vətəndaşları Türkiyədə iki seçki məntəqəsində səs verirlər

Söz Azadlığını Müdafiə Fondu (SAMF) respublikamızda müxtəlif parametrlər üzrə söz və mətbuat azadlığının monitorinqini davam etdirir. Fond bu dəfə artıq yaşı 10-a çatmış ölkə bələdiyyələrinin fəaliyyətləri ilə bağlı analoji problemləri araşdırıb. Noyabr ayında aparılan monitorinq nəticisində məlum olub ki, bələdiyyələrin fəaliyyətinə həsr olunan yalnız iki mətbu orqanı “Bələdiyyə həyatı” və “Şəki bələdiyyəsi” qəzeti işıq üzü görüb. Xatırladaq ki, birinci mətbu orqanı Bələdiyyə Qulluqçuları Həmkarlar Komitəsinin, ikinci mətbu orqanı isə Şəki bələdiyyəsinin təsisçiliyi ilə çap olunur. Məlumat üçün onu da qeyd edək ki, adıçəkilən qəzetlər ayda iki dəfə olmaqla 1000-1500 tirajla nəşr olunur.
Təşkilatdan verilən məlumata görə, SAMF monitorinq çərçivəsində həmçinin fəaliyyətini bu və ya digər səbəblərdən qapatmış bələdiyyə media qurumları barədə araşdırma aparıb. Belə ki, təşkilatın ekspert qrupunun monitorinqi zamanı o da məlum olub ki, 5 mətbu orqan, 2 jurnal fəaliyyətini maliyyəsizlik ücbatından dayandırıb. Bələdiyyələrin fəaliyyətinə həsr olunan 4 internet resursundan hazırda yalnız bim.az, brm.az və municipality.az saytları istifadədir. Belediyye.org saytı isə fəaliyyətini dayandırıb. İnternet resursları arasında municipality.az saytı gündəlik yeniləşdirlir. Qeyd edək ki, digər üç sayt qrant proqramı əsasında yaradılıb.

AVCİYA.AZ