Qlobal İstiləşmə və İqlim Dəyişikliyi mövzusunda dəyirmi masa keçirilib

Komitə sədri Qarabağda yaşayan ermənilərlə görüşlərin keçirilməsini təklif edib
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi gənc tərcüməçilərin yetişdirilməsində təqdirəlayiq işlər görür
Patriarx Kiril: Azərbaycandakı pravoslavlar da müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu bu gün, 16 dekabr 2009-cu il tarixdə “Caspian Plaza” Hotelinin Biznes Mərkəzində “Qlobal İstiləşmə və İqlim Dəyişikliyi” mövzusunda Dəyirmi-Masa keçirmişdir.
Tədbiri giriş sözü ilə Fondun prezidenti, prof. Rauf Sultanov açaraq qlobal istiləşmə və iqlim dəyişikliyinin dünyada ən aktual məsələlərdən biri olduğunu bununla bağlı dövlətlərin, müvafiq təşkilatların bir çox vacib işlər gördüyünü bildirmişdir.
Oktyabr-noyabr aylarında Bakı şəhərinin 4 orta məktəbində (Xətai rayonu 204 saylı orta məktəb, Xətai rayonu 287 saylı Zəkalar liseyi, Araz Ekoloji liseyi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi) “Qlobal İstiləşmə və İqlim Dəyişkənliyi” mövzusunda interraktiv üsullarla təlimlər keçən Fondun ekoloqu Sadiq Rzayev, təlimləri özündə cəmləşdirən slayd-şou göstərərək, geniş məlumat vermişdir.
Bundan başqa tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin direktor müavini Sahib Xəlilov “Qlobal istiləşmə və iqlim dəyişikliyi ilə əlaqədar Kopenhagen sammiti”, Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsinin məsul işçisi Elxan Dadaşov “Nəqliyyat vasitələri və qlobal istiləşmə”, Bakı şəhər, Xətai rayonunun 204-li məktəbinin direktoru Ziba Rzayeva “Məktəbdə ekologiya istiqamətində görülən işlər”, AMEA-nın Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri Hökmən Mahmudov “İqlim dəyişikliyi və radiasiya” mövzusunda məruzə etmişlər.
Həmçinin, Araz Ekoloji Liseyinin direktoru Südabə Mikayılova, 204-li məktəbin biologiya müəlliməsi Almaz Həsrət, Azərbaycan Tibb Universitetinin Ümumi Gigiyena və Ekologiya kafedrasının müdiri, prof. Mirzə Kazımov, ARDNŞ-ın nümayəndəsi Həsənov Əflatun, Azad İstehlakçılar Birliyinin nümayəndəsi Fariz Adıgözəlov mövzu ətrafında çıxışlar etmişlər.
Tədbirdə, Sumqayıt, Əzizbəyov, Xətai, Nizami, Yasamal, Binəqədi, Sabunçu icra hakimiyyətlərinin nümayəndələri, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllim heyəti, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin, UNİCEF-in nümayəndələri, 160-li Səbail rayon Klassik Gimnaziyasının, 239, 190, 236 saylı Səbail rayon orta məktəblərinin müəllim kollektivi, QHT-lər və KİV nümayəndələri tədbirdə iştirak etmişdir.

Avciya.az