Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu “Ekoloji patrul” layihəsi çərçivəsində tədbir keçirib

Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında videokonfrans formatında görüş olub
AVCİYA prezident seçkilərini müşahidə edəcək
Birinci vitse-prezident Mehriban Əliyeva: 20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu fevralın 4-də “Caspian Plaza” Biznes Mərkəzində “Ekoloji patrul” layihəsi çərçivəsində “Ən Yaxşı Ekoloji Rəsm Əsəri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə əlaqədar tədbir keçirdi. Tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, BP Azərbaycan, ARDNŞ, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Təhsil Şurası, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikası Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, BDU-nun, QHT və KİV nümayəndələri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan fondun sədri professor Rauf Sultanov bu tədbirin əhəmiyyətindən danışdı və gələcəkdə bu cür layihələrin davamlı olaraq keçiriləcəyini vurğuladı. Fondun ekoloqu Sadiq Rzayev layihə haqqında məlumat verdi. Sonra müsabiqəyə göndərilmiş, ekoloji problemləri əks etdirən rəsmlərdən ibarət slayd-şou göstərildi. Tədbirdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təbliğat və Təşviqat şöbəsinin mütəxəssisi Şövkət Bəkirov ekoloji qanunla bağlı, Rəssamlar İttifaqının nümayəndəsi Mirteymur əsasən Şərq regionundakı ekoloji problemlərlə əlaqədar və ARDNŞ-nın nümayəndəsi İradə İbrahimova isə ekoloji çirklənmə ilə bağlı çıxış etdilər. Azərbaycanda Məcburi Köçkünlər və Miqrantların Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri professor Nadir Abdullayev Azərbaycana qarşı törədilən ekoloji terrorla əlaqədar çıxış etdi. Təhsil Nazirliyinin nümayəndəsi isə öz çıxışında bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi və layihəni təqdirə layiq hesab etdi.
Tədbirin sonunda qaliblərə hədiyyələr və sertifikatlar təqdim olundu.