AVCİYA Bakı rayonları, Abşeron və Sumqayıt müşahidəçiləri üçün treninqlərə başlayıb

AVCIYA 13 rayonda seminar keçirdi
Ağ Ev AVCİYA-nın petisiyasını cavablandırdı: İşğal edilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılsın
Erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması: Cəbrayıl rayonu

«Azərbaycanda Vətəndaş Cəmiyyətinin Inkişafına Yardım Assosiasiyası» (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ərəfəsi Respublikanın 12 regional mərkəzində müşahidəçilərə treninqləri başa vurduqdan sonra Bakı rayonları, Abşeron və Sumqayıt müşahidəçiləri üçün treniqlərə başlayıb. 4-12 oktyabr 2008 – ci il tarixlərini əhatə edən treninqlər zamanı müşahidəçilərə AVCİYA Seçki Qərəgahının hazırladığı “2008 – ci il Prezident seçkilərinin Monitorinqi. Yaddaş kitabçası”, seçki günü lazım olan materiallarla təmin olunmuş qovluqlar təqdim olunur.
Seçki Qərargahı Prezident seçkiləri ərəfəsi iş planına uyğun olaraq öz fəaliyyətini daha da genişləndirir.