AVCİYA prezident seçkilərini müşahidə edəcək

AVCİYA-nın seçki qərargahı regionlarda seçki təlimlərinə start verib
AVCİYA seçkilərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib
AVCİYA Parlament seçkilərinə hazırlığın I mərhələsini başa vurdu

Oktyabrın 15-də keçiriləcək prezident seçkilərində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bütün seçki məntəqələrində müşahidə həyata keçirəcək. Qurumun seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı APA-ya bildirib ki, artıq müşahidəçilərin hazırlanması işinə artıq xeyli vaxtdır başlayıb və bu proses yaxın günlərdə başa çatacaq. M. Zülfüqarlı Azərbaycanda ümumilikdə 4996 seçki məntəqəsinin olduğunu və hər məntəqəyə ən azı bir müşahidəçi göndərəcəklərini bildirib. Seçki Qərargahının rəhbəri səsvermənin nəticələrinin müşahidəçilər tərəfindən qanuna uyğun olaraq izlənəcəyini qeyd edib. Bundan əlavə, qurumun dəvəti ilə xarici ölkələrdən Azərbaycana 70-ə qədər müşahidəçi gələcək. /APA/