AVCİYA Bakıda seçkilərlə bağlı treninq keçirdi

Salyanda da uşaqlar siqaret satmaq qadağandır
AVCIYA 13 rayonda seminar keçirdi
ƏLİ BAYRAMLIDA TƏHSİL KREDİTLƏRİ MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

Bu gün «AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI»nın (AVCİYA) Seçki Qərargahında assosiasiyanın regional nümayəndəliklərinin üzvləri üçün treninq keçirilib. Treninqi aparıcısı Məhərrəm Zülfüqarlı regional nümayəndələri Seçki Məcəlləsinə edilmiş son dəyişiklər, Venesiya Komissiyasının təklifləri, seçkilərin monitorinqi ilə əlaqədar yerlərdə işin təşkili və s. məsələlər haqqında məlumatlar verilmiş, Prezident seçkiləri ilə bağlı təlimatlarla onları tanış edib. Treninqdə həmçinin AVCİYA–nın müşahidəçilər üçün 12 regionda planlaşdırdığı seminarlara hazırlıqla bağlı da region nümayəndələrinə tapşırıqlar verilib.

Görüş iştirakçılarına həmçinin AVCİYA Seçki Qərargahının hazırladığı “2008–ci il Prezident seçkilərinin Monitorinqi. Yaddaş kitabçası” barədə məlumat verilib.