“Hərəyə bir kitab”

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 89 yaşı tamam olur
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Bakıda Özbəkistanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub

“İnsan Hüquqları XXI əsr – Azərbaycan” fondunun “Valideyin Himayəsindən Məhrum Olmuş Uşaqların Psixo-Sosial Reabilitasiyası Mərkəzi” keçən illərdə olduğu kimi təkrarən “Hərəyə bir kitab” aksiyasına başlamışdır. Qeyd edək ki, ənənəyə sadiq qalaraq aksiya nəticəsində toplanmış kitablar Fond tərəfindən müəyyən olunmuş valideyn himayəsindən məhrum uşaqlar evinə təhvil veriləcəkdir.
Bildiyimiz kimi, dəyərli ədəbiyyat nümunələrinin oxunmasının insan şəxsiyyətinin formalaşdırılması, həyat təcrübəsinin əldə olunması və nəhayət asudə vaxtın səmərəli keçirilməsində böyük rol oynayır. Aksiyanın əsas məqsədi də internat uşaqlarının bu imkanlardan yararlanmaqlarını artırmaq, cəmiyyətin neqativ təzahürlərindən qoruyaraq kitablar vasitəsi ilə düzgün yolu göstərmək, uşaqları mənəvi inkişaf etdirərək xalqına və vətəninə dəyərli övlad kimi yetişmələrinə şərait yaratmaqdan ibarətdir.
Nəzərinizə çatdırmaq istəyirik ki, aksiyaya qoşulmaq üçün 10 fevral 2013-cü il tarixə kimi “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fonduna ( Həsən Əliyev küçəsi 96, iş mərkəzinin 3-cü mərtəbəsi; tel/faks: (+99412) 564-10-38; e-mail: [email protected] – Məsul şəxs: Günay Mövsümova) müraciət edərək uşaqlara üçün nəzərdə tutduğunuz bədii ədəbiyyatı, nağıl, şer kitablarını, həmçinin rəngləmə jurnallarını və ya hər hansı uşaqlara maraqlı nəşrləri Fond vasitəsi ilə internat evlərinə bağışlaya bilərsiniz.
Unutmayaq uşaqlar bizim gələcəyimizdir. Onların düzgün və cəmiyyyətə yararlı insan kimi tərbiyyə olunmasına dəstək vermək hər birimizin vətəndaşlıq borcumuzdur.