QDİƏT PA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

XİN: Ermənistan tərəfi anlamalıdır ki, işğalçı ölkə ilə 25 ildən artıqdır danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir
Azərbaycanın Baş naziri Anım Günü münasibətilə Türkiyənin vitse-prezidentinə məktub ünvanlayıb
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku turnirinə yekun vurulub

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə sechki-2018.az saytına açıqlamasında QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyev məlumat verib.

Baş katib qeyd edib ki, müşahidə missiyasının tərkibinə təşkilata üzv ölkələrin deputatları daxil ediləcək.

Azərbaycandakı seçkiöncəsi mühitdən danışan A.Hacıyev deyib: “Azərbaycanın seçki təcrübəsi və ölkədəki seçki mühiti qənaətbəxşdir. Hər bir ölkənin öz tarixi yolu, ənənələri var. Azərbaycanın da özünün demokratik prinsiplərə söykənən seçki ənənələri mövcuddur. Bütün proses qanun çərçivəsində aparılır. Hesab edirəm ki, 11 aprel seçkiləri demokratik normalar çərçivəsində baş tutacaq. Azərbaycanın şəffaf və ədalətli seçki keçirməyə imkan verən qanunvericiliyi var”.