Şahin Camalov: 11 aprel seçkiləri beynəlxalq standartlara uyğun keçiriləcək

“OpinionWay” və “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi “exit-poll” öncəsi sorğu keçirib
Şamaxıda üçüncü Sabir bulağı açılıb
PRESS RELİZ

Azərbaycanda seçkiöncəsi mühit kifayət qədər müsbətdir. Mövcud şərait aprelin 11-də demokratik və şəffaf seçkinin şahidi olacağımızı deməyə əsas verir. Bunu sechki-2018.az saytına açıqlamasında İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov deyib.
O deyib: “Prezidentliyə namizədlərə təbliğat-təşviqat kampaniyası aparması üçün bərabər şərait yaradılıb. Seçkiöncösi mühit kifayət qədər müsbətdir. Hazırlıq prosesi qanunvericiliyə uyğun davam etdirilir. Beynəlxalq müşahidəçilər seçkiləri izləmək üçün qeydiyyatdan keçirlər, həmçinin bir sıra xarici müşahidəçi seçkiöncəsi dövrü izləyir. Bütün bunlar beynəlxalq ictimaiyyətin Azərbaycandakı seçkilərə marağını göstərir”.

Ş. Camalov qeyd edib ki, 11 aprel prezident seçkiləri beynəlxalq standartlara uyğun keçiriləcək.