Litva nümayəndə heyəti Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

“23 aylıq yol 23 müsahibədə” kitabının təqdimatı olub
Zəngilan və Qubadlı rayonları ərazisində indiyədək 173 ədəd mina və PHS aşkarlanıb
İlham Əliyev İmişlidə “Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsinin açılışında iştirak edib

Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Baltik Assambleyasının prezidenti Valeriyus Simulikin başçılığı ilə bu ölkənin nümayəndə heyəti aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ölkəmizə səfər edəcək. Bu barədə AZƏRTAC-a Azərbaycanın Litvadakı səfirliyindən məlumat veriblər.

Müşahidəçilər qrupuna Avropa Şurası Parlament Assambleyasında Litvadan olan deputatlar Auşra Papirtiyene, Gintaras Vayçekauskas, Egidiyus Vareykis, Litva Mərkəzi Seçki Komissiyasının keçmiş sədri Zenonas Vayqauskas, habelə Litva Seymi sədrinin xarici siyasət məsələləri üzrə müşaviri Kesturis Kudzmanas daxildirlər.

Nigar Cəfərli, AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs