Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib

Erməni silahlı bölmələri mayda atəşkəsi 2902 dəfə pozub
İlham Əliyevin Kopenhagendə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub 
İşğal olunmuş Azərbaycan torpaqlarında terror təşkilatı yaradan şəxslər barəsində cinayət işi başlanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə – Anıtqəbirə gəldi.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi.

Sonra xatirə şəkilləri çəkdirildi.

Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.