MƏMMƏDOV Seymur Qəhrəman oğlu

MƏMMƏDOV Səfəralı Qurban oğlu
MƏMMƏDOV Eldar Harun oğlu
İBRAHİMOV Mübariz Ağakərim oğlu

MƏMMƏDOV Seymur Qəhrəman oğlu (18.9.1971, Füzuli ş. – 1.4.1992) – Azərbaycanın Milli Qəhrəmanı (11.8.1992, ölümündən sonra).

18 sentyabr 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açmışdır. 1978-ci ildə buradakı 2 saylı orta məktəbə getmiş, 1988-ci ildə məktəbi bitirmişdir. Elə həmin il Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet – red.) elektrotexnika fakültəsinə daxil olmuşdur. O, təhsil almaqla yanaşı Füzuli şəhər rabitə şöbəsində işləyirdi.

1991-ci ildə hərbi xidmətə göndərilmişdir. O, Vladimir vilayətinin Kovrov şəhərində artilleriya üzrə 6 aylıq kurs keçir, sonra Almaniyaya göndərilir. Bir müddətdən sonra isə Ukrayna Respublikasının Çerniqov şəhərində xidmətini davam etdirir. Hərbi xidmətdən qayıtdığı gündən, könüllü olaraq 814 saylı özünümüdafiə batalyonuna yazılır.

Bu ərəfədə bir neçə kəndimiz ermənilər tərəfindən işğal edilmişdi. Seymur gənc olmasına baxmayaraq həmişə qaynar nöqtələrdə olur, ən çətin əməliyyatlarda iştirak edirdi. O onlarla azərbaycanlı əsirin azad edilməsində, 11 nəfər əsgərin mühasirədən çıxarılmasında və bir neçə kəndin erməni işğalçılarından təmizlənməsində əsl igidlik göstərmişdir.

1 aprel 1992-ci il… Seymurun son döyüşü… Məlikcan kəndi uğrunda gedən döyüşdə hər birində 10 nəfərə yaxın erməni yaraqlısı olan 15 post darmadağın edildi. Bu qeyri-bərabər döyüşdə düşmən snayperinin gülləsi onun ömrünü qırdı.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 11 avqust 1992-ci il tarixli 131 saylı fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.

Oxuduğu məktəb onun adını daşıyır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 206.

1970-ci ildə Füzuli şəhərində doğulmuşdur. 1988-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib, Texniki Universitetin (əvvəllər Politexnik İnstitutu adlanırdı) Elektrotexnika fakültəsinə daxil olmuşdur. Qiyabi təhsil aldığı üçün Füzuli rayon Rabitə şöbəsində işə düzəlmişdi. Rayonun ağır günlərində yeni yaranan özünümüdafıə batalyonuna yazlıb. Dəfələrlə Xələfşə, Cuvarlı, Divanallar, Qacar, Dilağarda, Yuxarı Veysəlli kəndlərinin müdafiəsində fərqlənmişdir. 1992-ci il aprelin 1-də Məlikcan yüksəkliyi yaxınlığındakı döyüşdə S.Məmmədov düşmən tankını və onlarla erməni yarıqlısını məhv etsə də,düşmən snayperinin gülləsindən  yayına bilməmişdir.

Prezident fərmanı ilə göstərdiyi şücaətə görə ona ölümümdən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

22 yaşı vardı. Subay idi…

Əd.: Nazim Tapdıqoğlu (Vəlişov) “Füzuli rayonu Toponimləri, tarixi abidələri, şəhidləri, görkəmli şəxsiyyətləri və ziyalıları ” (Ensiklopedik məlumat kitabı), Bakı, 2009, s. 472-473