ABŞ Özbəkistanda gənclərin məşğulluq Proqramı üçün 10 milyon dollar ayırıb

FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
AŞPA COVID-19 pasportunun tətbiqi ilə bağlı qətnamə qəbul edib
AVCİYA Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı gördüyü hazırlıq işlərinə dair məlumat verib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Beynəlxalq İnkişaf Agentliyi Özbəkistanda gənclərin məşğulluğu və gənclər arasında sahibkarlığın inkişafı üçün 5 illik proqram çərçivəsində 10 milyon dollar ayırıb.

AZƏRTAC ABŞ-ın Özbəkistandakı səfirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, proqram şagirdlərin əmək fəaliyyətinə cəlb edilməsi, onların dərsdən sonra sahibkarlıqla məşğul olması, əmək qabiliyyəti məhdud olan məktəblilərin məşğulluq sahələrində rolunun artırılmasını əhatə edir.

Məlumatda bildirilir ki, Beynəlxalq Təhsil üzrə Amerika Şuraları layihənin həyata keçiriləcəyi 5 il ərzində əmək bazarının ehtiyaclarını öyrənəcək, monitorinqlər aparacaq, özəl şirkətlərlə dövlət strukturları arasında münasibətlərin yaranmasına kömək göstərəcək.

AZƏRTAC