AHİK-də 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardımlar edilib

Azərbaycan Beynəlxalq Bankı ilk Bakı Kouçinq və Liderlik Konfransına dəstək verəcək
“Yandex”də erməni təxribatının qarşısı alınıb
Ceyhun Bayramov 9 sentyabr – Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib

1990-cı il yanvarın 20-də törədilmiş qanlı hadisələrin üstündən 29 il keçsə də, Azərbaycan xalqı öz fədakar oğul və qızlarını heç zaman unutmur.

Həmin tarixdə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə Sovet ordusu respublikamızın paytaxtına daxil olaraq dinc əhaliyə divan tutmuşdu. Həmin gecə müstəqillik uğrunda mübarizəyə qalxan, Vətəni yadların tapdağından qurtarmağa çalışan yüzlərlə sakin vəhşicəsinə qətlə yetirilmişdi. Onların xatirəsi həmkarlar ittifaqları təşkilatları tərəfindən də hər il yad edilir.

Hər il olduğu kimi, bu il də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) və sahə həmkarlar ittifaqlarında müstəqillik uğrunda şəhid olan Vətən övladlarının anım günü ərəfəsində bir sıra tədbirlər keçirilir. AHİK-in tədbirlər planına uyğun olaraq yanvarın 9-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 20 Yanvar faciəsi şəhidlərinin ailələri ilə görüş keçirilib.

Konfederasiyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev onların problemləri ilə maraqlanıb, şəhid ailələrinin hər zaman həmkarlar ittifaqı təşkilatlarının diqqətində olduğunu, problemlərinin həllinə daim həssaslıqla yanaşıldığını, şəhid olmuş soydaşlarımızın xalqımızın qəlbində əbədi yaşayacağını, xatirələrinin həmişə əziz tutulduğunu diqqətə çatdırıb. S.Möhbalıyev iştirakçıları bir daha əmin edib ki, həmkarlar ittifaqları olaraq torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhid övladlarımızın ailə üzvlərinə bundan sonra da qayğı və diqqətimizi əsirgəməyəcəyik.

Sonra 104 şəhid ailəsinin hər birinə 200 manat maddi yardım təqdim edilib.