Ahıska türkləri Vətən cəmiyyətində görüş

“Deportasiyaya uğrayan irsin izi ilə” mövzusunda elmi-praktik konfrans keçirilib
Şəxsi arxivlərdən muzey eksponatlarına – Laçınlıların 30 il qoruyub saxladıqları xatirələr
Birinci vitse-prezident Mehriban Əliyeva MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakı iclasının iştirakçılarını qəbul edib

12 Oktyabr Azərbaycanda yaşayan Ahıska türkləri Vətən cəmiyyətində başqanı Xalid Xalidovun, cəmiyyət üzvlərinin iştirakı ilə AVCİYA-nın vitse-prezidenti, filologiya elmləri doktoru, professor Asif Hacılı ilə  görüş keçirilib.

Görüş professor Asif Hacılının 65 illik yubileyinə həsr olunub. Görüş zamanı Ahıska mücadiləsi, qarşıda duran vəzifələr, mədəniyyət, təhsil məsələləri barədə danışılıb. Dəyərli ziyalı Mirzə Misliyev professor Asif Hacılıya Şuşa mənzərələrini əks etdirən, özünün çəkdiyi rəsm əsərini hədiyyə edib. A.Hacılı isə “Ahıska türklər: Vətən bilgis”i, AVCİYA-nın layihəsi olan “Şuşa ədəbi-mədəni mühiti” ķitablarımı və Borçalı əsilli gənc alim Fəxri Hacıların Azərbaycan və Gürcüstan diplomatik əlaqələrinə dair fundamental monoqrafiyasını cəmiyyətə təqdim edib.