Aİ-nin ali nümayəndəsi: “Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən şadam”

Report

Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışı olub
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar İçərişəhərdə infotur təşkil edilib
Xalq artisti Möhlət Müslümovun 70 illik yubileyi qeyd edilib
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol paşinyan arasında Brüsseldə keçirilən üçtərəfli görüşə münasibət bildirib.
“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
“Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən şadam. Davamlı sülhə doğru dinamikanı dəstəkləyən konkret addımları görməyə ümid edirəm. Avopa İttifaqı regionda sülh və sabitlik üçün səylərini davam etdirir”, – ali nümayəndə vurğulayıb.

Report