Aİ XİNŞ “Şərq Tərəfdaşlığı” Proqramının 10 illik fəaliyyətini qiymətləndirəcək

Prezident Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət nazirini qəbul edib
İstanbulda İƏT-in Qida Təhlükəsizliyi və Kənd Təsərrüfatının İnkişafı mövzusunda məsul nazirlərin 8-ci Konfransı keçirilir
San-Fransisko şəhəri Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib

Avropa İttifaqına (Aİ) daxil 28 ölkənin xarici işlər nazirləri Lüksemburqda keçiriləcək planlaşdırılmış iclasda bu il 10 ili tamam olan “Şərq Tərəfdaşlığı” Proqramının icrasının yekunlarını qiymətləndirəcək, eləcə də 2020-ci ilə qədər 20 tapşırığın həyata keçirilməsinin nəticələrini dəyərləndirəcək.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Aİ “Şərq Tərəfdaşlığı” Proqramına daxil altı ölkə ilə, o cümlədən iqtisadi inkişaf, ticarət, energetika, ətraf mühit, cəmiyyətlər arasında əlaqələr kimi sahələrdə əməkdaşlığın inkişafını nəzərdən keçirəcək.

İclasa Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini sədrlik edəcək.

Qeyd edək ki, müzakirələr mayın 13-də keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələri Xarici İşlər Nazirləri Şurasına (XİNŞ) hazırlıq və Aİ rəhbərliyi və “Şərq Tərəfdaşlığı” ölkələrinin liderlərinin iştirakı ilə keçiriləcək və proqramın 10 illiyinə həsr olunmuş yüksək səviyyəli konfrans çərçivəsində baş tutacaq. Hər iki tədbir Brüsseldə keçiriləcək.

Bununla yanaşı, Aİ ölkələrinin nazirləri Liviyada münaqişənin gərginləşməsini, Əfqanıstan və Venesueladakı vəziyyəti müzakirə edəcəklər. Aİ-nin Liviyadakı vəziyyətin hərbi inkişafı ilə əlaqədar narahatlığını bildirəcəyi və tərəfləri gərginliyi azaltmağa çağıracağı gözlənilir.

İclasda Venesuela Prezidenti Nikolas Maduro administrasiyasına qarşı yeni sanksiyaların tətbiq edilməsi məsələsinin qaldırılması da planlaşdırılır.

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” Proqramı 2009-cu ildə Aİ tərəfindən işə salınıb. Onun əsas məqsədi altı ölkə – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişafıdır.