Aİ-yə verilən Nobel sülh mükafatı ilə yalnız o zaman fəxr edə bilərik ki, Dağlıq Qarabağ problemi tezliklə həll olunsun

İƏT Təmas Qrupu Qarabağa səfərin yekunları ilə bağlı hesabatını tərtib edəcək
“Qaradağlıdan Xocalıya” mövzusunda “dəyirmi masa” keçirilib
İslam Konfransı Təşkilatı – # 10/30-C

Biz Avropa İttifaqına verilən Nobel sülh mükafatı ilə yalnız o zaman fəxr və qürur hissi duya bilərik ki, Avropa məkanında dondurulmuş münaqişələr, o cümlədən onlardan biri olan Dağlıq Qarabağ problemi tezliklə həll olunsun, məcburi köçkünlər öz vətənlərinə qayıdaraq təhlükəsiz yaşamaq haqlarını əldə etsinlər və bununla da Ermənistanın işğalı nəticəsində bir milyona yaxın Azərbaycan vətəndaşının pozulmuş hüquqları bərpa olunsun. Avronest PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bazar ertəsi Trend-ə bildirib ki, bu barədə Avropa İttifaqının prezidenti, Avropa Komissiyasının prezidenti, Avropa Parlamentinin prezidenti və Avropa Parlamentinin üzvlərinə Avropa İttifaqının Nobel sülh mükafatı alması ilə bağlı ünvanladığı məktubda deyilir.

“Azərbaycanın Avronest PA-dakı nümayəndə heyəti Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması barədə 2010 və 2012-ci illərdə qəbul etdiyi iki qətnaməni təqdir edərək ümidvar olduğunu bildirir ki, Avropa İttifaqı tez bir zamanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində öz iştirakını daha da aktivləşdirəcək, Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi, münaqişənin bütövlükdə beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməsi prosesində təcavüzkar dövlətə qarşı AP-nin və beynəlxalq təşkilatların qətnamələrinin həyata keçirilməsində qətiyyət göstərəcəkdir”, – məktubda deyilir.