AİC çərçivəsində gömrük ittifaqının yaradılmasına Rusiyanın təsiri altında olmamaq istəyi mane ola bilər

30 ölkə prezidentlərin idarəetmə müddəti formatlarını bu və ya digər formada nəzərdən keçiriblər
“Azərbaycanda analoqu olmayan yeni təşkilat yaradacağıq”
Gürcüstan Prezidenti ilə müxalifətin danışıqları nəticəsiz qalacaq – ekspertlər

“Rusiya, Qazaxıstan və Belarus arasında Avrasiya İqtisadi Cəmiyyəti (AİC) çərçivəsində gömrük ittifaqının yaradılmasına postsovet məkanı ölkələrinin Rusiyanın birbaşa təsiri altında olmağa razılaşmamaq istəyi mane ola bilər”, – Almaniyanın xarici siyasət üzrə “Rusiya-Avrasiya” Şurasının direktoru Aleksandr Rar hesab edir.
“Rusiyanın təklif etməyə çalışdığı çox şey əsasən kağız üzərində qalır, çünki digər ölkələr yalnız Rusiyadan asılı qalmaq və Sovet İttifaqını xatırladan hansısa yeni ittifaqlara girmək istəmir”, – Trend News-a Berlindən telefonla Rar deyib.
“1 yanvar 2010-cu ildən Rusiya, Qazaxıstan və Belarusun vahid gömrük ittifaqında birləşməsi ehtimalı var”, – Rusiyanın Baş nazirinin birinci müavini İqor Şuvalov bildirib, RİA Novosti xəbər verir.
Ancaq, ekspertin fikrincə, böyük siyasət bu layihənin vaxtında realizəsinə mane ola bilər. “Gömrük ittifaqı reinteqrasiyanın başqa formalarına ilk addımdır”, – Rar hesab edir. Onun fikrincə, gömrük ittifaqının yaradılması Rusiyanın Avropaya getməkdən imtina edərək, Asiyaya yönəlməsi demək anlamına gələcək. Ancaq bu layihənin 2010-cu ilin əvvəlində realizəsinə şübhələr var.
“Aİ kimi yaxşı fəalliyyət göstərən regional inteqrasiya formaları var. Ancaq eyni zamanda postsovet məkanında artıq 20 ildir əsl inteqrasiya ideyası yoxdur”, – politoloq bildirib.
“Postsovet məkanının bir çoxları Rusiyadan asılı olmaq istəmir və bu səbəbdən də Rusiya öz ərazisində Şərqi Avropa İttifaqı kimi qurum yarada bilmir”, – Rar hesab edir.
Postsovet məkanı ölkələri reinteqrasiya proseslərində Rusiyaya qarşı getmir, ancaq eyni zamanda digər təşkilatlar, məsələn Aİ üçün də qapıları açıq saxlayır. Bu, ekspertin fikrincə, ona görə baş verir ki, Rusiya siyasi və iqtisadi cəhətdən o qədər də cəlbedici ölkə deyil. Xüsusilə də böhran şəraitində.
Ancaq hər halda səmərəli ittifaqın yaradılması ehtimalı var.
“RF postsovet məkanında güclü iqtisadi mühərrik rolunu oynamır. Bu belə olarsa və maliyyə böhranından uğurla çıxarsa, daha cəlbedici ola bilər və belə ittifaqın yaranma ehtimalı çox böyükdür”, – Rar deyib.
Politoloqun fikrincə, onu da nəzərə almaq lazımdır ki, Aİ yaxın 10-15 ildə maliyyə problemlərini çətin ki arxada qoyub Şərqə doğru genişlənsin./Trend/