AIIB-də Azərbaycan üzrə alternativ direktor təyin edilib

Ombudsman 2021-ci il üzrə məruzəsini təqdim edib
Nəsimi yaradıcılığına həsr olunmuş inşa müsabiqəsi – Elxan Süleymanovdan “Nəsimi ili”nə töhfə
AVCİYA Ağdam rayonunu işğaldan azad edilməsi münasibətilə Azərbaycan Xalqını və Ali Baş Komandanı təbrik edib.

Asiya İnfrastruktur İnvestisiya Bankında (AIIB) Azərbaycan üzrə yeni alternativ direktor dəyişib.

“Report” xəbər verir ki, bu vəzifəyə Gürcüstan vətəndaşı Nikoloz Qaqua (Nikolaz Gagua) təyin edilib. N.Qaqua Gürcüstan maliyyə nazirinin müavinidir.

O, Azərbaycanla yanaşı, Bruney, Gürcüstan, Qırğızıstan, Pakistan və Türkiyə üzrə də eyni vəzifəni icra edəcək.

N.Qaqua azərbaycanlı alternativ direktor Ruslan Rüstəmlinin yerinə təyinat alıb. Hazırda AIIB-də digər alternativ direktor isə Pakistan vətəndaşı Məhəmməd Aslam Çaudaridir (Muhammad Aslam Chaudhary). Bankın regional direktoru isə Türkiyə vətəndaşı Mehmet Alper Baturdır.

Məlumatı “Report”a təsdiq edən R. Rüstəmli bu təyinatın rotasiya qaydasında həyata keçirildiyini, 2 ilin tamamında isə yenidən səlahiyyətlərin Azərbaycan tərəfinə qayıdacağını bildirib.

Qeyd edək ki, R.Rüstəmli İqtisadiyyat Nazirliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq Departamentinin direktorudur. Ötən il bu vəzifədə onu keçmiş müavini Toğrul Quliyev əvəz edib.

R.Rüstəmli 2018-ci ilin mayın 7-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin yerinə “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin baş direktoru təyin edilib.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində (Çin) 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfdən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü 2016-cı il iyunun 24-də ratifikasiya edilib. Hazırda rəsmi Bakının Bankda payı 0,2636%-ə, səsvermə payı isə 0,4508%-ə bərabərdir.