Aleksandr Lukaşenko: “ATƏT Dağlıq Qarabağ münaqişəsinə göz yummamalıdır”

Kaliforniya qubernatoru ADR-in 100 illiyi münasibətilə Azərbaycanı təbrik edib
Prezidenti İlham Əliyev Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Bakının Qala qəsəbəsində 216 nömrəli tam orta məktəb üçün yeni bina inşa edilib

“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Avropadakı münaqişələrə göz yummamalıdır, üzv ölkələrin dövlət başçıları da təhlükəsizliklə bağlı mövcud problemləri müzakirə etmək üçün görüş keçirməlidirlər”.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ATƏT PA sədri Giorgi Tsereteli ilə görüşü zamanı bildirib.

“Həll ediləcək xeyli problemlər yğılıb qalıb – Dağlıq Qarabağ, Transnistru, indi də Ukraynada çox ciddi münaqişə mövcuddur. Bu məsələlərə biganə olduğu üçün ATƏT-i çox vaxt tənqid edirəm, hərçənd bütün bunlar Avropada təhlükəsizliklə bağlı təşkilat olan ATƏT-in birbaşa səlahiyyətinə aiddir”, – Belarus Prezidenti deyib.

O, regiondakı problemləri müzakirə edib mövcud vəziyyətə çarə qılmaq üçün ATƏT-ə üzv olan ölkələrin dövlət başçıları arasında 1999-cu ildən sonra görüş keçirilmədiyini vurğulayıb.