Aleksandr Lukaşenko: “ATƏT Dağlıq Qarabağ münaqişəsinə göz yummamalıdır”

Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir
QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu respublika zona konfransı keçirilib
Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb

“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Avropadakı münaqişələrə göz yummamalıdır, üzv ölkələrin dövlət başçıları da təhlükəsizliklə bağlı mövcud problemləri müzakirə etmək üçün görüş keçirməlidirlər”.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ATƏT PA sədri Giorgi Tsereteli ilə görüşü zamanı bildirib.

“Həll ediləcək xeyli problemlər yğılıb qalıb – Dağlıq Qarabağ, Transnistru, indi də Ukraynada çox ciddi münaqişə mövcuddur. Bu məsələlərə biganə olduğu üçün ATƏT-i çox vaxt tənqid edirəm, hərçənd bütün bunlar Avropada təhlükəsizliklə bağlı təşkilat olan ATƏT-in birbaşa səlahiyyətinə aiddir”, – Belarus Prezidenti deyib.

O, regiondakı problemləri müzakirə edib mövcud vəziyyətə çarə qılmaq üçün ATƏT-ə üzv olan ölkələrin dövlət başçıları arasında 1999-cu ildən sonra görüş keçirilmədiyini vurğulayıb.