Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə hərbi qulluqçularımız üçün dəstək aksiyasına başlayıb
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
Türk Tarix Qurumu: Ermənilər XX əsrin əvvəllərində Azərbaycanda və Anadoluda dəhşətli soyqırımlar törədiblər

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində təşkil edilən qarşılanma mərasimində maraqlı anlar yaşanıb. Prezident İlham Əliyev Almaniya Kanslerinin ofisinə gələn zaman bu ölkədəki azərbaycanlılar dövlətimizin başçısını “Yaşasın Ali Baş Komandan!” şüarı ilə qarşılayıblar.

AZƏRTAC xəbər verir ki, qarşılanma zamanı Azərbaycan Bayrağı dalğalandırılıb. Azərbaycan icması isə Berlində Brandenburq qapısı önündə Azərbaycana və Azərbaycan Respublikası Prezidentinə dəstək aksiyası keçirib. “Koroğlu” uvertürasının sədaları altında baş tutan aksiyada Azərbaycan Prezidentinin Ermənistanla sülhə nail olunması üçün ardıcıl səylər göstərdiyi vurğulanıb, ölkəmizə qarşı təzyiq cəhdləri yolverilməz sayılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib.