Amnistiya Aktı ilə 92 nəfəri qadın olmaqla 666 məhkum azad edilib

Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub Prezident İlham Əliyev açılışda iştirak edib
Bitərəf deputatların MSK üzvlüyünə namizədlərinin siyahısı Milli Məclisə təqdim olunub
Azərbaycanda “İnnovasiyalar evi” yaradılacaq

“Bu günə qədər Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında olan məhkumlardan 666 nəfəri qərar və məhkəmələrə verilən təqdimatlar əsasında cəzalarının qalan hissəsindən azad ediliblər”.

“Report” xəbər verir ki, bunu Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov deyib.

Onun sözlərinə görə, 85 məhkumun cəzadan azad edilməsi məqsədilə müvafiq məhkəmələrə təqdimatlar verilib: “Cəzadan azad olunanlardan 473 nəfəri islah işləri cəzasına, 18 nəfər ictimai işlər cəzasına, 150 nəfər cərimə cəzasına, 25 nəfər azadlığın məhdudlşadırılması cəzasına məhkum olunan şəxslərdir”.

İdarə rəisi bildirib ki, Amnistiya Aktı əsasında cəzadan olunan məhkumlardan 92 nəfəri qadın, 558 nəfəri kişi, 47 nəfəri 60 yaşına çatmış şəxslər, 2 nəfəri isə Vətən müharibəsində iştirak edənlərdir.

Report