Apreldə Bakıda beynəlxalq İKT forumu keçiriləcək

Mədəniyyət naziri Özbəkistan Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan və Şimali Makedoniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
“Deportasiyaya uğrayan irsin izi ilə” mövzusunda elmi-praktik konfrans keçirilib

Aprelin 17-də Bakıda beynəlxalq “BIT–2019” forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Bulud ətrafında. Data mərkəz ətrafında. IoT ətrafında. ProAV” adlı forum biznes proseslərində İKT xidmətlərindən istifadəyə həsr olunub.

Rusiyanın “CIS Events Group” şirkəti tərəfindən keçiriləcək forum çərçivəsində məlumat mərkəzləri (Data), müasir kommunikasiya xidmətləri, cloud (bulud) hesablamaları, əşyaların interneti (IoT) və biznes proseslərində IT xidmətlərindən istifadə (həllər, xidmətlər, məhsullar, texnologiyalar və təcrübə) məsələləri müzakirə ediləcək.