Apreldə Bakıda beynəlxalq İKT forumu keçiriləcək

Qərbi Azərbaycan müəllimlərinin xatirələrini əks etdirən yeni kitab oxuculara təqdim olunub
Prezident İlham Əliyev Rusiyanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevlə Moldova Prezidenti İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib

Aprelin 17-də Bakıda beynəlxalq “BIT–2019” forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Bulud ətrafında. Data mərkəz ətrafında. IoT ətrafında. ProAV” adlı forum biznes proseslərində İKT xidmətlərindən istifadəyə həsr olunub.

Rusiyanın “CIS Events Group” şirkəti tərəfindən keçiriləcək forum çərçivəsində məlumat mərkəzləri (Data), müasir kommunikasiya xidmətləri, cloud (bulud) hesablamaları, əşyaların interneti (IoT) və biznes proseslərində IT xidmətlərindən istifadə (həllər, xidmətlər, məhsullar, texnologiyalar və təcrübə) məsələləri müzakirə ediləcək.