Asif Hacılı-Cənubi-qərbi Qafqazda erməni terror fəaliyyətinin tarixindən III hissə

Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
Qubada İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun açılışı olub
Türkiyədə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb

“Borçalıda yaşayan azərbaycanlıların erməni quldurlarına qarşı mübarizəsi” silsiləsindən: Cənubi-qərbi Qafqazda erməni terror fəaliyyətinin tarixindən– III hissə

Asif Hacılı,

filologiya elmləri doktoru,

professor, AVCİYA-nın eksperti

Aşağıdakı hadisələr də erməni terrorunun əlavə etdiyimiz yeni nümunələridir: 27-29 fevral 1988. Sumqayıt. Erməni agenturası şəhərdə qanlı təxribat törədərək, azərbaycanlıların yeni deportasiyası üçün bəhanə yaratmağa çalışır; 1988-1993. Azərbaycan. Erməni terrorçuları Ermənistanın rəsmi orqanları və silahlı qüvvələri ilə birlikdə Qərbi Azərbaycandan və Qarabağdan azərbaycanlıları tamamilə çıxarır, on minlərlə insanı öldürür, şikəst edir, girov götürür, əmlakını mənimsəyir, abidələri məhv edirlər; 1989-1990. Ahıska türklərinə qarşı Özbəkistanda Qdlyanın başçılığıyla ermənilərin  təşkilatçısı və iştirakçısı olduğu qətllər baş verir; 25-26 fevral 1992. Xocalı. Ermənilərin 366-cı rus alayının köməyi ilə törətdiyi soyqırım zamanı 1989-cu il Fərqanə faciəsindən sonra bura yerləşmiş Ahıska türklərinin onlarla övladı da azərbaycanlı qardaşları ilə bərabər şəhid olur, bir çox insanlar yaralanır, girov götürülür; Xocalıda Ahıska bölgəsinin Xeveşen, Kikinet, Orpola, Bennara, Saxan, Cağısman, Kılde, Unsal, Zazola, Nakurdev, Xarcam, Xero, Tatanis, Bolanzan kəndlərindən 300-dən çox türk yerləşmişdi. Ahıskalılar da yerli əhali ilə birlikdə Xocalını qoruyub. Ahıska türkü, Orpolalı Sərvər Məmmədov öz kiçik dəstəsi ilə Xocalı uğrunda ermənilərə qarşı şücaətlə vuruşub. Ermənilər Sərfiqaz Əhməd qızını evləri qarışıq yandırıb, Kıldeli Zeynallı kişinin qollarını bağlayıb güllələyib, Xarcamlı Allahverdi, Bolanlı Həmid kişi öldürülüb, Xeveşenli Alişer və Cabbar Gülalı oğulları Binəliyevlər, Xeveşenli Əhməd Məmməd oğlu İlyasov, Bennaralı Alı Rəis oğlu Bədişev, Xarcamlı Osman Həmid oğlu Həmdiyev, Xarcamlı Qədim Fəzli oğlu Fəzliyev əsir götürülüb, onlardan indiyədək xəbər yoxdur, bir çox Ahıska türkü yaralanıb, girovluqda qalıb sonradan dəyişdirilərək azad olub. 1944-cü il sürgününü, Fərqanə faciəsini yaşamış bu insanlar üçüncü dəfə erməni-rus zülmünün qurbanları oldu; sentyabr 1996. Axılkələk.  Cavaxetdə «Daşnaksütyun» əlaltıları olan «Fədailər» və «Cavax» təşkilatları üzvləri Axılkələk meri Sergey Darbinyanı demokratikliyinə görə vəhşicəsinə döyür, bu bölgənin Gürcüstandan təcridlənməsi və qoparılması uğrunda separatçı-terrorçu hərəkat güclənir; noyabr 1998. Tbilisi.   Köçəryan Gürcüstanın daxili işlərinə kobudcasına qarışaraq türklərin vətənlərinə qayıtmasına etiraz edir və qonşu ölkəni konflikt ilə hədələyir; 5 sentyabr 2004. Ahıska. Samsxe – Cavaxet administra­si­ya­sı­nın binasında Gürcüstan prezidentinin bölgə üzrə səlahiyyətli dövlət nümayəndəsi Gelya Kvarsxelianiyə sui-qəsd məqsədilə, gürcü mətbuatının («Alia» və digər qəzetlər) yazdığı kimi, erməni terrorçuları tərəfindən partlayış törədilir; 2000-2005. Axılkələk. Ermənilər Gürcüstan üçün təhlükə törədən Rusiya hərbi hissəsinin rayondan çıxarılmasına imkan vermir, Gürcüstan dövlətinin bura təsiri formal xarakterlidir. 

Bu kimi faktlar yüzlərlədir, onlar haqqında yazılıb, rəsmi kürsülərdən danışılıb, ancaq yırtıcı erməni terrorizmi, bədnam erməni təbliğatı və ma­fioz erməni lobbisi yenə də bütün bəşər üçün təhlükə və o cümlədən Ahıska türklərinin vətənə qayıdışı yolunda əngəllərdən biri olaraq qalmaqdadır.

Ermənilərn türklərə qarşı insanlıqdan uzaq çılğın düşmənçiliyi, məntiqsiz qara-qışqırığı, hədyan və həyasızlığı Avropa Milli Azlıqlar Federal İttifaqı nümayəndələrini hələ 10 noyabr 1998-ci ildə Tiflisdə Erməni Dövlət teatrında erməni ictimaiyyəti ilə görüşdə dəhşətə salmışdır. Ahıska türklərinin vəziyyətini öyrənmək üçün Tiflisdə olan S.Çervonnaya bu görüşü hesabatında təsvir edib. «Ümumiyyətlə, türklərə, bütövlükdə türklüyə qarşı fanatik dözümsüzlüklə fərqlənən, gürcü dövlətini erməni ərazi iddialarının irəli sürülməsi mümkünlüyü ilə daim şantaj edən Gürcüstandakı təşkilatlanmış erməni diasporunun mövqeyi də öz əlavə təxribatçı rolunu oynayıb» deyə erməni diasporu və rəsmi Yerevanın mövqeyini səciyyələndirən məşhur hüquq müdafiəçisi Svetlana Çervonnaya 1998-ci il 8-13 noyabrda Avropa Milli Azlıqlar Federal İttifaqının nümayəndə heyətinin tərkibində Rusiya və Gürcüstana səfəri zamanı Tiflisdə ermənilərlə görüşünü vahiməli yuxu kimi  hiddətlə xatırlayır.

Qəzəbli türkofobiya ilə alışıb-yanan ermənilərin türklərə absurd ittihamları, tərbiyəsiz təhqirləri, söyüşləri, uydurmaları, xəbisliyi və riyakarlığı bütün dünyanı gəzib belə şey görməmiş avropalı hüquq müdafiəçilərini şaşırtmışdır. Svetlana Çervonnaya yazır ki, türkləri olmazın «günahlarda» suçlayan ermənilər hətta «70 min Ahıska türkünün Azərbaycanda yaşamasını» belə söyləmişlər və müəllif heyrətlənir: «Sanki Azərbaycanda  yaşamaq özü şəksiz günah»dır! Erməni «intelligensiyası» ilə ermənilərin Tiflisdə necə qayğı ilə əhatə olunmasını («öz teatrları, qəzetləri, Pedaqoji universitetdə erməni dili kafedrası, radio və televiziyada ermənicə verilişlər, erməni artist və yazıçılarına fəxri adlar və mükafatlar və s. və i.») nümayiş etdirməli olan bu görüş əslində yalnız türklərə qarşı biabırçı nifrət yığıncağına çevrildi. S.Çervonnaya yazır ki, «ermənilərdən bir adam da tapılmadı ki, antitürk isterikasına qarşı vicdan səsini qaldırsın, nümayəndə heyətinin  üzvü AMA Federal İttifaqının vitse-prezidenti H.Hansenin sualına cavab versin: «Niyə bir (erməni) milli azlıq Gürcüstanda bütün hüquqlara malikdir, eyni zamanda digər azlıq (türk-mesxetlər) bütün bu hüquqlardan məhrumdur?». S.Çervonnaya vahiməylə soruşur ki, «güya intelligent adlanan bu çevrədən kənarda və avropalı qonaqlara qarşı heç olmasa zahiri hörmətlə məhdudlaşmayan erməni auditoriyalarında aqressiv türkofobiya hansı formalar alır, erməni səlahiyyətliləri türklərə necə yanaşır!» Avropalı (Rusiyalı) mütəxəssis yazır ki, son vaxtlar gürcü müstəqilliyinə yeni imperiya, rus təcavüzü təhlükəsi qarşısında həmişə düşmən «beşinci kolon» imkanını saxlayan erməni diasporu həm Moskvanın gizli dəstəyindən, həm də türk-mesxetlərin qayıtması məsələsində Gürcüstana utanmaz siyasi təzyiq göstərən Ermənistan rəhbərliyinin himayəsindən istifadə edir. S.Çervonnaya Ermənistan prezidenti Köçəryanın E.Şevardnadze ilə söhbətdə qonşu ölkənin daxili işlərinə qarışaraq türklərin qayıtması ilə bağlı əslində Gürcüstanı təhdid etdiyini və gürcü prezidentinin bu məsələnin mərhələlərlə keçiriləcəyini bildirdiyindən və Köçəryanı Cavaxetə dəvət etdikdən sonra sakitləşdiyini xatırladır (bax: Fact-Finding-Mission of FUEN-delegation to Georgia. November, 1998. – Flensburg, 1998; Novosti FSNE. – Flensburq, 1998, №65; Светлана Червонная. Проблема репатриации турок-месхетинцев. К отчету делегации ФСНЕ о поездке в Грузию и Россию 8-13 ноября 1998 г., Раздел «Позиция армянской диаспоры и официального Еревана»; М.Воронин. Кочерян посетил Тбилиси. Президенты Армении и Грузии особое внимание уделили проблеме Джавахети // Независимая газета, 25 ноября 1998 г.).

Gürcüstanın dövlət rəhbərləri də erməni faktorunu eitraf edirlər. Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin sədri rəsmi olaraq elan edir ki, əvvəl türklər yaşayan yerləri tutmuş ermənilər «türklərin qayıtmasının mümkünlüyünü qəti rədd edirlər («Новое время», №7, 1989, с.27)!

Gürcüstan Prezidentinin Millətlərarası münasibət məsələləri üzrə müşaviri Aleksey Gerasimov Ahıska türklərinin vətənə qayıdışını əngəlləyən əsas bir səbəb kimi həmin ərazilərin «erməni millətindən olan vətəndaşlar» tərəfindən tutulmasını göstərir (Бюллетень  «Убежище»  Ассоциации  ООН и  УВКБ  ООН.  2001, № 3-4).

Ahıska və Cavaxetin çar Rusiyası tərəfindən 150 il əvvəl başlanmış erməniləşdirilməsi prosesinin Gürcüstan üçün acı nəticələri bu gün özünü daha kəskinliyi ilə göstərməkdədir. 1979 və 1989 cu illərdəki statistikaya görə ermənilər müvafiq olaraq Axılkələkdə 91,7 % və 91,3 %, Boqdanovkada 88 % və 89,6 %, Ahıskada 47,7 % və 42,8 %, Zalqada 28,4 % və 28,5 %, Asnipdzada 21,3 % və 19,1 %, Tetriskaroda (Ağbulaq) 14,3 % və 12,4 % təşkil etmişlər (Sovet Gürcüstanı, 13 sentyabr 1990).

Hazırda Cavaxet ərazisi erməni separatizminin növbəti qaynar mərkəzinə çevrilmişdir.

Bu bölgədə «Cavaxk», «Virk» kimi terrorçu-separatçı təşkilatlar, «Daşnaksütyun»un, digər bu kimi təşkilatların yerli özəyini yaratmış erməni separatçıları bütöv Samshe Cavaxet və Kvemo Kartli (Borçalı) ərazilərində təxribat aparır, avtonomiya, son nəticədə isə Ermənistana birləşmək üçün çalışırlar. Cavaxetdə rəsmi sənədlər, hətta Gürcüstanın mərkəzi orqanlarına müraciətlər də ermənicə yazılır, hətta milliyyətçi-separatçı «Virk» partiyası ölkənin Ədliyyə Nazirliyinə qeydiyyat sənədlərini də ermənicə göndərir (http: // www. noev-kovcheg.ru). Gürcüstanın parlament seçkilərində də Samshe-Cavaxet və Kvemo Kartli erməniləri normal vətəndaşlar kimi sərbəst deyil, bu regionların Erməni təşkilatları nümayəndələri şurasının tələbi ilə «vahid cəbhə»dən çıxış edirlər (http: // www. souzarmyan.ru.).

Qeyd edək ki, Abxaziyada konflikt zamanı burada məskunlaşmış ermənilər beynəlxalq erməni terror təşkilatlarının köməyi ilə “Baqramyan” batalyonu yaratmış və buranın yerli gürcü əhalisinə qarşı amansız, ləyaqətsiz qanlı terror, kütləvi qətllər, işgəncələr törətmişdir. Hazırda Abxaziyada 70 minlik sayla abxazlardan (90 min) sonra ikinci xalq olan ermənilər buradakı hərbi-separatçı hərəkatını davam etdirilər (burada da «Krunk», «Maştos» kimi millətçi erməni təşkilatları fəaliyyət göstərir), Abxaziya tərkibində 4 rayonun erməni muxtariyyəri elan edilməsi uğrunda mübarizə aparırlar.

Hazırda Cavaxet əhalisinin 97 %, Ahıskanın 40 % təşkil etdiklərini iddia edən ermənilər bu ərazilərin Gürcüstandan təcrid­lənməsi, Borçalıdan azərbaycanlıların sıxışdırılması, Zalqanın ermənilər tərəfindən məskunlaşdırılması  üçün intensiv iş aparırlar. Cavaxetin erməni əhalisinin 80 %-i Ermənistan vətəndaşlığı alıb və bu ərazilər erməni separatizminin mənbəyidir.

Ermənilərin insanlığa qarşı cinayətləri Gürcüstan ərazisində bu gün də davam edir. Bu yaxınlarda gürcülər və Borçalı türkləri, Gürcüstana növbəti dəfə xəyanət etmiş ermənilərlə Abxaziyada üz-üzə gəlmişlər. Bu gün də gürcülər, Borçalı azərbaycanlıları xain erməni təxribatı, ərazi iddiaları, separatçılıq, mədəni sərvətlərin mənimsənilməsi, torpaqların zəbt olunması ilə üzləşməkdədirlər. Gürcüstanda erməni təxribatının, erməni separatizmini qarşısını alacaq ən böyük qüvvə məhz Azərbaycan və gürcü xalqlarının dostluğu, ölkələrimizin əməkdaşlığı və dövlət rəhbərlərimizin apardığı qarşılıqlı müttəfiqlik siyasətidir.