AŞPA-da Ermənistan üzrə həmməruzəçi: Azərbaycanlılar minalanmış əraziyə necə qayıdacaqlar?

“GÖYÇAY ENSİKLOPEDİYASI” HAZIRLANIR
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
Azərbaycanda ilk dəfə: QHT cəza çəkməkdən azad edilmiş evsiz şəxslər üçün sığınacaq yaratmışdır

“Azərbaycanlılar minalanmış və yenidən tikilməyə ehtiyacı olan bir əraziyə necə qayıdacaqlar?”.

“Report”un Fransa bürosu xəbər verir ki, bu sualla deputatlara Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində keçirilən iclaslar zamanı qurumun Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçisi, Finlandiyadan seçilmiş deputat Kimmo Kilyunen müraciət edib.

Kimmo Kilyunen Qarabağ münaqişəsi bitdikdən sonrakı mərhələdə azərbaycanlı köçkünlərin geri qayıtmalarını təmin etmək üçün bu ərazilərin minalardan təmizlənməsi və yenidən qurulmasının ən vacib məsələlərdən olduğunu bildirib:

“Bütün hərbi əməliyyatlar siyasətin məğlubiyyəti deməkdir. İndi ki münaqişə bitib ,barışıq və inamın yaranması mərhələsi başlayıb. Bu mərhələdə iki problemi diqqətinizə çatdırmaq istəyirəm. İlk növbədə azərbaycanlıların Dağlıq Qarabağa geri dönmələri ilə bağlıdır. Bu insanlar geri torpaqlarına qayıtmağı gözləyirlər. Lakin bu ərazi hansı vəziyyətdədir? Ora minalanmış və yenidən tikilməyə ehtiyacı olan ərazidir. Hər iki ölkə, Azərbaycan və Ermənistan bə ərazilərin beynəlxalq ekspertlərin iştirakı ilə minalardan təmizlənməsi məsələsində razılığa gəlməlidirlər”.

Finlandiyalı deputat digər məsələnin mədəni irsin qorunması olduğunu deyib: “Bu məsələdə də ümid edirəm ki, hər iki ölkə bir-birlərinin mədəni irsinə hörmət etmək haqqında birgə razılıq əldə etməyə nail olacaqlar”.

Report