AŞPA-da Sərsəng su anbarı ilə bağlı məruzə hazırlanacaq

Ermənistanın əsirliyində və girovluğunda olmuş azərbaycanlıların işgəncələrə məruz qalması barədə ifadələri elan olunub
Goranboy rayonunun Tərtər çayı hövzəsində yerləşən yaşayış məntəqəsinin siyahısı
AŞPA-da Ermənistana dair qətnamə təklifi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanovun Sərsəng su anbarındakı vəziyyət və onun ətraf rayonların əhalisi üçün yaratdığı təhlükə barədə qətnamə layihəsinə bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosunda baxılıb. Bu barədə APA-ya Elxan Süleymanovun ofisindən məlumat verilib.

Büro məsələyə baxaraq Sədarət Komitəsinin qərarını təsdiqləyib və məruzəçi təyin olunması üçün sosial komitəyə göndərib. Məruzəçi sosial komitənin mayın 12-də Kiprdə keçiriləcək növbəti iclasında təyin ediləcək.

Qeyd edək ki, bu məruzə 25 il ərzində işğal altında olan Sərsəng su anbarının vəziyyəti, 410000 əhalisi olan 6 cəbhəyanı rayonlara (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Goranboy, Yevlax) vurduğu iqtisadi, ekoloji, bioloji, mənəvi zərər, həmçinin, törədə biləcəyi humanitar fəlakətin nəticələrinə dair ilk məruzə olacaq.